XI sinif şagirdlərinin “Son zəng” tədbirləri keçirilib.

Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasının da tam orta təhsil məktəblərində XI sinif şagirdlərinin “Son zəng” tədbirləri keçirilib.  Məlumat üçün bildirək ki, bu tədris ilində muxtar respublikanın adıçəkilən təhsil müəssisələrindən 2803 nəfər məzun olub.Naxçıvan  şəhərindəki  Heydər Əliyev adına tam orta məktəbdə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov muxtar respublikada təhsilin inkişafına göstərilən qayğıdan və bu sahədə qazanılan nailiyyətlərdən danışıb, sonda məzunları təbrik edib və onlara ali məktəblərə qəbul imtahanlarının II mərhələsində uğurlar arzulayıb. 
Digər məktəblərdə keçirilən tədbirlərdə də məzunlara müstəqil həyatda xoş arzular ifadə olunub, onlara dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasında, inkişafında fəal həyat mövqeyi nümayiş etdirmək tövsiyə edilib. Məzunlar bu yolda bütün səy və bacarıqlarını sərf edəcəklərinə söz veriblər. Tədbirlərdə şeirlər bədii qiraət olunub, mahnılar səsləndirilib.

Növbəti Diaqnostik qiymətləndirmə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyan və Naxıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanlarına iyun ayının 11-dən start verilib.Keçirilən test imtahanlarında iştirak etmək üçün 414 nəfər sənəd təqdim etmişdir. Test imtahanında iştirakçılara ixtisas üzrə ümumi fənn proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları üzrə 15 sual olmaqla 80 sual təqdim edilir, sualları cavablandırmaq üçün iştirakçılara 120 dəqiqə vaxt verilir.

Ardını oxu...

Test-sınaq imtahanı

10 iyun 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və “İstedad XXI əsr” kurslarının birgə təşkilatçılığı ilə bu gün muxtar respublika ümumtəhsil məktəblərinin V-VIII sinif şagirdləri üçün sınaq test imtahanları keçirilmişdir.  Muxtar respublikanın bütün ümumtəhsil məktəblərinin təmsil olunduğu imtahanlarda V siniflərdə şagirdlərə 7 fənn üzrə 70 sual, VI-VIII siniflərdə isə 10 fənn üzrə 100 sual təqdim olunmuşdur. Sualların cavablandırılması üçün iştirakçılara 150 dəqiqə vaxt ayrılmışdır.

İştirakçılar beş gündən sonra onlara verilmiş iş nömrələri vasitəsilə İstedad XXI əsr.com  elektron ünvana daxil olmaqla  imtahan  nəticələrini öyrənə bilərlər.

Qız komandaları arasında həndbol birinciliyi .

 

7 iyun 2018-ci il tarixdə “15 iyun–Milli Qurtuluş günü” münasibətilə Naxçıvan Qarnizonu tam orta məktəbinin idman zalında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin qız komandaları arasında həndbol birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Təhsil Şöbəsinin, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 7 komanda iştirak etmişdir. Birinciliyin yekununa əsasən Naxçıvan Qarnizonu tam orta məktəbinin komandası I yerə, Qızlar Liseyinin komandası II yerə, 3 və 15 №-li tam orta məktəblərin komandaları isə III yerlərə layiq görülmüşlər. Birinciliyin sonunda komandalar təşkilatçıların diplomları ilə təltif olunmuşdur.

Naxçıvan Dövlət Texniki Kollecində məzun günü

08.06.2018- ci il tarixdə Naxçıvan Dövlət Texniki Kollecində 2018- ci ilin buraxılış qruplarının məzun tədbiri keçirildı. Tədbiri başlamadan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri Məmməd Qəribov çıxış edərək Naxçıvan Dövlət Texniki Kollecinin bu günə qədərki fəaliyyətindən, təhsil sistemindən danışdı. Məmməd Qəribov məzunları təbrik etdi, onlara tələbəlik illərindən sonrakı həyatlarında uğurlar arzuladı. Daha sonra isə Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov kollecə göstərilən diqqət və qayğıdan danışdı.Asəf Ruşanovqeyd etdi ki, 2018- ci ildə kollecdən 5 (Yol hərəkətinin təşkili, Mühasibat uçotu, Baytarlıq, Bank işi, Nəqliyyat daşımalarının təşkili (dəmiryol üzrə)) ixtisas üzrə 113 nəfər məzun olur.Sonda isə kollecin direktoru Asəf Ruşanov məzun olan tələbələri təbrik etdi və   onlara gələcək həyatlarında uğurlar arzuladı. Çıxışlardan sonra tədbir iştirakçıları məzunların hazırladıqları səhnəcilklərə, musiqi nömrələrinə və rəqslərə tamaşa etdilər.

İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də “Məzun” günüdür. Kollecimizin  ən çılğın, ən qayğısız vaxtları tələbələlik illərində olur. Hər dəfə tələbələlikdən  söz düşəndə, kolleci görəndə ürəyimiz sızıldayır, qəlbimizin dərinliklərindən “kaş o günlərə dönə biləydim” arzusu keçir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg