Subbakalavrların qəbulu ilə bağlı maarifləndirici tədbir

Naxçıvan Dövlət Texniki Kollecində Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri Rəşad Əlizadə qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli Qərarı ilə təsdiq edilmiş qaydalara əsasən subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul oluna bilərlər.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji profilli ixtisasların buraxılış kurs tələbələri ilə görüş keçirilib.

Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov “Sabahın müəllimi” layihəsinin məqsədinin muxtar respublikada innovativ təcrübəli müəllim kadrların hazırlanmasına və gənc kadrların işlə təminatına müsbət təsir göstərəcəyini qeyd edib.

Ardını oxu...

Məktəblərdə “Son zəng” tədbirləri keçirilib

İyunun 14-də muxtar respublikanın ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.
Tədbirlərdə çıxış edənlər muxtar respublikada gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşünün formalaşdırılması istiqamətində görülən işlərdən danışıb, məzunları təbrik edib, onlara gələcək təhsillərində və həyatda uğurlar arzulayıblar.

Ardını oxu...

“Qurtuluşdan başlanan yol” mövzusunda interaktiv dərs

Muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Heydər Əliyev Muzeyi arasında “Qurtuluşdan başlanan yol” mövzusunda interaktiv dərs keçirilib. Dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib.
İnteraktiv dərsi AMEA-nın müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor Fəxrəddin Səfərli aparıb. Qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz ağır vəziyyətə düşmüş, müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı.

Ardını oxu...

Peşə məktəblərində buraxılış sinif şagirdləri üçün “Açıq qapı” günü təşkil olunmuşdur

Bu gün muxtar respublikada iqtisadiyyatın inkişafı, tikinti və xidmət sahələrinin genişləndirilməsi, sənaye müəssisələrinin yaradılması, yeni maşın və mexanizmlərin tətbiqi peşə təhsilini günün tələbinə çevirmişdir.
Ümumtəhsil məktəblərinin zəif nəticə göstərən məzunları arasıda peşə təhsilinə marağın artırılması məqsədilə, Naxçıvan Şəhər Peşə Liseyi, Şərur və Ordubad Texniki peşə və sürücülük məktəblərində  "Açıq qapı" günləri təşkil olunmuşdur.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg