• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1174
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə5510
mod_vvisit_counterBu ay33888
mod_vvisit_counterÜmumi2464377

Tarix: 29 Mart, 2024

DİM-in Naxçıvan Regional Bölməsində riyaziyyat və ingilis dili fənləri üzrə hazırlıq kursları təşkil edilib

Kurslarda elektron qeydiyyatdan keçmiş, fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak ediblər.

Hazırlıq kurslarında riyaziyyat fənni üzrə DİM-in aparıcı məsləhətçisi Samir Hüseynli, ingilis dili fənni üzrə moderator Xədicə Cəfərova yeni təhsil proqramları (kurikulumlar) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair təqdimatlarla çıxış ediblər.

 

22-23 fevral 2019-cu il tarixlərində Şərur Şəhər Fizika‑Riyaziyyat Təmayüllü Liseydə (Şərur şəhəri, Sabir küçəsi 26) riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, tarix, Azərbaycan dili, ingilis dili, rus dili və fransız dili fənləri üzrə təlimlər keçirilib. Təlimlərin proqramına əsasən ilk gündə əvvəlcə Naxçıvan MR-in təhsil nazirinin müavini Ovni Muradov Muxtar Respublikada tədrisin vəziyyəti və bu sahədə görülən işlər barədə geniş məlumat verib. Sonra DİM-in şöbə müdiri Afiqə Batıyeva təlimlərin proqramı, ümumi təhsil bazasında buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli haqqında, DİM-in hazırlıq kursunun fizika fənni üzrə moderatoru, Bakı şəhəri 9 nömrəli tam orta məktəbin müəllimi Sona Hacılı isə tədrisdə fəal təlim metodikasına aid təqdimatla çıxış ediblər.

Riyaziyyat fənni üzrə BDU nəzdində Gənc istedadlar liseyinin müəllimi Aqşin Abdullayev, fizika fənni üzrə Sona Hacılı, kimya, biologiya və coğrafiya fənləri üzrə Afiqə Batıyeva, tarix, Azərbaycan dili, ingilis, fransız və rus dilləri fənləri üzrə bölmələrdə yeni təhsil proqramlarının (kurikulumların) strukturu, mahiyyəti, yeni qiymətləndirmə vasitələrinin hazırlanması, tədris prosesində onlardan istifadə və cavabları yazı ilə ifadə olunan tapşırıqların yoxlanılması ilə bağlı təqdimatlar ediblər. Qeyd edilən təqdimatlarla bağlı müəllimlərin sualları cavablandırılıb.

Təlimlərin ikinci günündə ayrı-ayrı fənlər üzrə müəllimlər buraxılış və qəbul imtahanlarında istifadə edilən yeni qiymətləndirmə vasitələrinin yoxlanılmasına dair kalibrləmə prosesində (marker kimi) iştirak ediblər. Kalibrləmə prosesindən keçmiş lisey müəllimlərinin və hazırlıq kursu iştirakçılarının şəxsi məlumatları DİM-in “Elektron məlumat bazası”na daxil edilib. Onlar yazı işlərinin yoxlanılmasına cəlb ediləcəklər.

DİM-in əməkdaşları və ekspertlər liseydə tədris prosesi, həmçinin liseyin maddi‑texniki bazası, müasir standartlara cavab verən yataqxanasının fəaliyyəti ilə tanış olublar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg