• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün672
mod_vvisit_counterDünən1973
mod_vvisit_counterBu həftə2645
mod_vvisit_counterBu ay34977
mod_vvisit_counterÜmumi2502242

Tarix: 23 Apr., 2024

Məktəblilərin respublika fənn olimpiadalarının şəhər (rayon) mərhələsinin I turu keçirilmişdir

Təhsilin keyfiyyətinin yüksəldilməsinin diqqətdə saxlanıldığı muxtar respublikada istedadlı şagirdlərlə aparılan iş sahəsində də mühüm tədbirlər həyata keçirilir.

İstedadlı şagirdlər arasında təşkil olunan respublika fənn olimpiadaları da belə tədbirlərdəndir.

Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hislərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirməsinə şərait yaratmaq, ali və orta ixtisas məktəblərinə qəbulunun daha yüksək səviyyədə olmasını təmin etmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.

Fevralın 3-də IX-XI sinif şagirdləri arasında məktəblilərin respublika fənn olimpiadasının I şəhər və rayon mərhələsi keçirilmişdir. 691 şagirdin iştirak etdiyi bilik yarışında şagirdlər 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdirmişlər.

Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə keçirilən həmin olimpiadada ümumtəhsil məktəblərinin IX, X və XI sinif şagirdləri biliklərini sınamışlar. Şagirdlərə hər fənn üzrə fənn kurikulumuna uyğun olaraq qapalı test formasında hazırlanmış 25-50 sual təqdim olunmuşdur. Həmin test tapşırıqlarını cavablandırmaq üçün şagirdlərə üç saat vaxt verilmişdir.

Şəhər və rayon mərhələsinin nəticələrinə əsasən  hər fənn üzrə hər sinifdən ən yüksək nəticə toplayan şagirdlər yarımfinal turuna vəsiqə qazanacaqdır.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg