• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün460
mod_vvisit_counterDünən1093
mod_vvisit_counterBu həftə1553
mod_vvisit_counterBu ay25382
mod_vvisit_counterÜmumi2492647

Tarix: 16 Apr., 2024

Əlahiddə Ümumqoşun Orduda növbəti təlim toplantısı keçirilib

Naxçıvan Qarnizonunda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərin peşəkarlıqlarının artırılması məqsədi ilə növbəti təlim toplantısı keçirilib. Toplantı zamanı hərbi rəhbərlərin sıra hazırlığı yoxlanılıb.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçilən nəzəri dərslərdən sonra hərbi-vətənpərvərlik mövzusunda film və video-çarxlar nümayiş etdirilib.
Təlim toplantısında müxtəlif təyinatlı silahların natamam sökülüb yığılması, kütləvi qırğın silahlarından mühafizə vasitələri və onlardan istifadə qaydaları əyani şəkildə göstərilərək normativlər qəbul olunub. Yaralılara ilkin tibbi yardım edilərək onların döyüş meydanından təxliyəsi üzrə dərslər  keçilib.

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən yekun tədbirində təlim toplantının nəticələri, hərbi rəhbərlərin bilik və bacarıq səviyyələri müzakirə edilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Cavid Məmmədov və Əlahiddə Ümumqoşun Ordu komandanın müavini, general-mayor Teymur Eyyubov belə təlim toplantıların böyük əhəmiyyət daşıdığını bildirib, hərbi rəhbərlərin peşəkarlıqlarının artırılmasının bundan sonra da diqqət mərkəzində saxlanılacağını vurğulayıblar.
Sonda hərbi rəhbərləri maraqlandıran suallar cavablandırılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg