• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün250
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə5704
mod_vvisit_counterBu ay36767
mod_vvisit_counterÜmumi2504032

Tarix: 25 Apr., 2024

Peşə məktəblərində buraxılış sinif şagirdləri üçün “Açıq qapı” günü təşkil olunmuşdur

Bu gün muxtar respublikada iqtisadiyyatın inkişafı, tikinti və xidmət sahələrinin genişləndirilməsi, sənaye müəssisələrinin yaradılması, yeni maşın və mexanizmlərin tətbiqi peşə təhsilini günün tələbinə çevirmişdir.
Ümumtəhsil məktəblərinin zəif nəticə göstərən məzunları arasıda peşə təhsilinə marağın artırılması məqsədilə, Naxçıvan Şəhər Peşə Liseyi, Şərur və Ordubad Texniki peşə və sürücülük məktəblərində  "Açıq qapı" günləri təşkil olunmuşdur.

Tədbirin keçirilməsində məqsəd, məzunları peşə məktəblərində fəaliyyət göstərən ixtisaslar və yaradılan şəraitlə yerində tanış etmək, peşə təhsilinə maraq oyatmaq, eləcə də onların gələcəkdə peşə seçimlərinə istiqamət verməkdən ibarət olmuşdur.

 

Keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Orta ixtisas təhsili müəssisələri və peşə məktəbləri ilə iş üzrə şöbənin baş məsləhətçisi Elnur Qasımov “Müasir dövrdə peşə təhsilinin əhəmiyyəti” mövzusunda məktəblilərə məlumat vermişdir.


Həmçinin vurğulanmışdır ki, Təhsil Nazirliyinin tabeliyində olan 1 peşə liseyi və 3 texniki peşə və sürücülük məktəblərinin hər biri üçün yeni məktəb kompleksi tikilmiş, burada ən müasir elektron lövhə və kompüterlər, maşın və mexanizm qurğuları, hər cür avadanlıqlarla təmin olunmuş zəngin emalatxanalar fəaliyyət göstərir. Qeyd olunmuşdur ki, müdavimlər gündə üç dəfə isti yemək və yataqxana ilə təmin olunur, eyni zamanda onlara aylıq təqaüd verilir. Bu təhsil  müəssisələrində bazar iqtisadiyyatının tələbinə uyğun peşələr üzrə kadr hazırlığı işi həyata keçirilir və ya gənclər ixtisasartırma kurslarına cəlb olunaraq çalışdığı peşə sahəsinin sirlərini daha dərindən mənimsəyirlər. Kursu müvəffəqiyyətlə başa vuran müdavimlər isə müvafiq sertifikatla təmin olunurlar.
Tədbirin davamı olaraq şagirdlər peşə məktəbində elektron lövhə sinifləri, kompüter otağı, emalatxanalar, yataqxana, yeməkxana və kitabxana ilə tanış olmuş, həmçinin kurslarda nəzəri və praktik dərslərin tədrisi prosesində iştirak etmiş, Elektrik və Rabitə montyoru, Xalça, Qaz çilingəri, Bərbər, Aşpaz və Ofisiant və s. emalatxanalarda yaradılan şəraitlə, burada olan avadanlıqlarla tanış olmuşlar. Onlara gələcəkdə fəaliyyətə başlaması nəzərdə tutulan yeni peşə ixtisasları haqqında ilkin məlumat verilmişdir.
Tədbirin sonunda şagirdlər üçün çay süfrəsi təşkil olunub.
Bu cür tədbirin digər rayonlarda da davam etdirilməsi nəzərdə tutulmuşdur.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg