• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1730
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə5915
mod_vvisit_counterBu ay38247
mod_vvisit_counterÜmumi2505512

Tarix: 25 Apr., 2024

Ümumtəhsil məktəblərinin X siniflərinin dərslikləri müzakirə olunur

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrində professor, müəllim heyəti və ümumtəhsil məktəblərinin fənn müəllimlərinin iştirakı ilə X sinif dərsliklərinin müzakirə keçirilir. 30 may 2019-cu il tarixdə isə Naxçıvan Müəllimlər İnstitunda X sinif informatika dərsliyinin müzakirəsi təşkil olunmuşdur. Müzakirədə iştirak edən Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək qeyd etmişdir ki,aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə" müşavirə keçirilmişdir.

Müşavirədə Ali Məclisin Sədri tərəfindən Təhsil Nazirliyinə ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsini təmin etmək bir vəzifə olaraq tapşırılmışdır. Verilmiş tapşırıqların icrasının təmin olunması məqsədilə muxtar respublikanın qabaqcıl müəllimlərinin iştirakı ilə ayrı-ayrı dərslik və dərs vəsaitlərinin müzakirəsi aparılmışdır. Qabaqcıl fənn müəllimlərinin iştirakı ilə hazırlanmış rəy və təkliflərin muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin professor və müəllim heyəti ilə birlikdə müzakirələri davam etdirilir.
Təhsil Nazirliyi tərəfindən hazırlanmış qrafikə uyğun olaraq, növbəti müzakirə ümumtəhsil məktəblərinin qabaqcıl İnformatika müəllimləri, Naxçıvan Müəllimlər İnstitutunun Riyaziyyat -İnformatika kafedrasının əməkdaşları və İnstitutun “Riyaziyyat-İnformatika müəllimliyi” ixtisasının IV kurs tələbələrinin iştirakı ilə X sinfin informatika dərsliyinə həsr olunmuşdur. Müzakirələrin sonunda rəy və təkliflər hazırlanacaq ki, bu da X sinif informatika dərsliyinin təkmilləşdirilməsində mühüm əhəmiyyətə malik olacaqdır.
Sonra X sinif informatika dərsliyinin müzakirəsinə başlanıldı. İştirakçılar dərsliyin həm keyfiyyətcə, həm də məzmunca yüksək səviyyədə hazırlandığını qeyd etməklə yanaşı, bir sıra çatışmamazlıqların olduğunu qeyd etdilər. Belə qeyd olundu ki, bu dərslikdə mövzular yığcam və anlaşıqlı şəkildə təqdim olunub. Dərslikdə mövzular üzrə “Addım-addım”, “Tarixi  məlumatlar”ın, “Araşdıraq-öyrənək” və s.  bölmələrinin əks olunması şagirdlərin mövzuya uyğun əldə etdikləri bilikləri daha dəqiq və aydın şəkildə qavramalarına şərait yaradır. Dərslikdə bəzi mövzuların məsələn: “İnformasiya prosessləri”, Viruslar, Modelləşdirmə, Kompüter qrafikası, “Kompüterin fiziki olaraq internetə bağlanması” və s. mövzularda məlumatların daha geniş şəkildə olması məqsədəuyğun olar. Eyni zamanda qeyd olundu ki, şagirdlərin biliklərini qiymətləndirmək məqsədilə bəzi mövzulara aid  “Öyrəndiklərinizi yoxlayın” bölməsində tapşırıqların sayının artırılması şagirdlərin mövzunu daha aydın şəkildə qavramalarına şərait yaradardı.
Müzakirələrdən sonra yekun təkliflər hazırlanaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə təqdim olundu.

 



 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg