• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün412
mod_vvisit_counterDünən703
mod_vvisit_counterBu həftə5054
mod_vvisit_counterBu ay1115
mod_vvisit_counterÜmumi2517931

Tarix: 02 May, 2024

Dünya Robot Olimpiadasının Azərbaycan final mərhələsində qalib olan məktəblilərlə görüş keçirilib

Sentyabrın 5-də STEAM Təlim-Tədris Mərkəzində Dünya Robot Olimpiadasının Azərbaycan final mərhələsinin iştirakçıları və "Robosport" kateqoryası üzrə qalib olan "Deusra" komandasının   üzvləri ilə görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov olimpiadada qalib olan məktəbliləri təbrik edib.
Bildirilib ki, muxtar respublikada da  2020-2021-ci tədris ilindən STEAM təhsil metodunun tətbiqinə başlanılıb və qısa müddət ərzində  Naxçıvan Muxtar Respublikası  Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi qurulub, 156 təhsil müəssisəsində STEAM kabinələri yaradılıb, ümumtəhsil məktəblərinin 70 faizi STEAM təhsilinə cəlb olunub. Həmçinin  Naxçıvanda 400-dən  artıq müəllim STEAM təlimlərinə, 19 minə  yaxın şagird isə STEAM təhsilinə cəlb olunub. Təhsil Nazirliyi tərəfindən şagirdlərdə innovativ təhsil metoduna dair biliklərin inkişaf etdirilməsi məqsədilə hər ay interaktiv dərslər, müxtəlif adlarda müsabiqələr, “STEAM yay məktəbi” təşkil edilib, şagirdlərin ölkədə keçirilən beynəlxalq festivallarda iştirakları təmin olunub  və uğurlu nəticələr qazanıblar. Diqqətə çatdırılıb ki, məktəblilərimiz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Saf 2021” və “Saf-2022” festivallarında iştirak edərək uğurlu nəticələr əldə ediblər.
Təhsil naziri 1-3  sentyabr tarixlərində Azərbaycan Respublikası  Gənclər və İdman, Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dünya Robot Olimpiadası Assosiasiyasının  və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən VI Robot Olimpiadasında məktəblərin qalib olmasını Naxçıvan təhsilinin növbəti uğuru olduğunu diqqətə çatdırıb.
Tədbirdə Dünya Robot Olimpiadasının Azərbaycan final mərhələsi  iştirakçıları komandasının rəhbəri, STEAM təlimçisi Fuad Babayev olimpiada haqda məlumat verib. Bildirib ki, olimpiadanın final mərhələsində Naxçıvanı STEAM təhsili üzrə müvəffəqiyyət qazanan  məktəblilərdən ibarət  "Young inventors", "Deusra", "Fourtune" adlı komandaları  təmsil edib. Olimpiadanın yekununda  təmsilçimiz   "Deusra" komandası  "Robosport" kateqoryası üzrə qalib. Qeyd olunub ki,  160 komanda arasında birinci olmaq STEAM təhsilinin muxtar respublikanın ümumtəhsil  məktəblərdə  uğurlu tədrisinin nəticəsidir.
Tədbirdə  STEAM üzrə  ölkə və beynəlxalq tədbirlərdə iştirakı müzakirə olunub. Rəhman Məmmədov qalib komandamız olan "Deusra"nın   cari ilin 7-9 noyabr tarixlərində Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəyini də bildirərək komanda rəhbərinə və üzvlərinə olimpiadaya daha yaxşı hazırlaşmağı tapşırıb. Bildirib ki, bunun üçün ümumtəhsil məktəblərində yaradılan STEAM kabinələrinin və STEAM Təlim-Tədris Mərkəzinin imkanlarından geniş istifadə olunmalıdır.
Sonda Dünya Robot Olimpiadasının Azərbaycan final mərhələsində məktəblilərin  iştirakından bəhs edən videoçarxa baxış olub, məktəblilərlə xatirə fotosu çəkilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg