
Culfa şəhər 2 nömrəli tam orta məktəbində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə həyat və yaradıcılığı, əsərləri haqqında kitab müzakirəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Abuzərov Ramazan vurğulamışdır ki, Azərbaycan ədəbiyatının görkəmli nümayəndəsi, dahi şəxsiyyəti, Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı, qüdrətli dramaturq, vətəndaş publisist Mirzə Cəlil Məmmədquluzadə görkəmli yazıçı və tanınmış ictimai xadimdir. Cəlil Məmmədquluzadə görkəmli və tanınmış ictimai xadim kimi Azərbaycan xalqının və ədəbiyyatının milli mənəvi iftixarıdır.
Culfa rayonunun Dizə kənd tam orta məktəbinin kitabxanasında böyük filosof şair İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə kitabxananın müdiri Dilbər Hüseynova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunur və ölkə başçısının digər Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə "Nəsimi ili" elan edilib. Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi fikrin özülünü qoyub, bədii söz sənətimizi forma və məzmunca zənginləşdirib.


