• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün344
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə10876
mod_vvisit_counterBu ay41939
mod_vvisit_counterÜmumi2509204

Tarix: 26 Apr., 2024

“Xəmsə” Milli İntellektual Oyununun Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir

29 noyabr 2019-cu il tarixdə Naxçıvan şəhərindəki Gənclik Mərkəzində yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyununun Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir.

Oyun başlamazdan əvvəl Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov çıxış edərək muxtar respublikada həyata keçirilən gənclər siyasəti, gənclərin intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində həyat keçirilən tədbirlər, intellektual oyunlar haqqında məlumat vermişdir.

Həmçinin, qeyd edilmişdir ki, oyunun keçirilməsində məqsəd yeniyetmələrin intellektual fəaliyyətə cəlb edilməsi, onların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və intellektual oyunların kütləviliyinin təmin edilməsidir. Oktyabr ayından etibarən start götürən muxtar respublika birinciliyində 100-ə yaxın komanda iştirak etmişdir. 8 komandanın iştirak etdiyi final mərhələsində isə raundların nəticələrinə əsasən ən çox xal nominalı toplayaraq Şahbuz rayonunun “İldırım” komandası I yerə, Naxçıvan şəhərinin “Hünər” komandası II yerə, Şərur rayonunun “Tanrı qırmancı” komandası isə III yerə çıxmışdır. Sonda I, II və III yerləri tutmuş komandalara və komanda üzvlərinə Gənclər və İdman Nazirliyi tərəfindən kubok, diplom, fəxri fərman və oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələri təqdim olunmuşdur. 40 nəfər yeniyetmənin iştirak etdiyi final mərhələsi Gənclər və İdman, Təhsil nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

 

Qeyd edək ki, I, II və III yerləri tutmuş komandalar Bakı şəhərində keçiriləcək yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyununun VII Azərbaycan çempionatında muxtar respublikanı təmsil edəcəklər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg