Müstəqillik illərində muxtar respublikada təhsilin inkişafı

Bu gün Azərbaycanda həyata keçirilən iri­miqyaslı layihələrin və proqramların reallaşması birinci növbədə ölkənin kadr potensialından asılıdır. Bu potensialın formalaşmağında başlıca sahə isə təhsildir. Müasir dövrdə təhsilin rolu və əhəmiyyəti getdikcə artmaqdadır. Təhsil sahəsində əldə olunan uğurlar təkcə məktəblərin maddi-texniki bazasının möhkəmlən­di­rilməsi ilə məhdudlaşmır. Təhsil islahatlarının həya­ta keçirilməsi istiqamətində atılan addımlar təhsillə bağlı dəyərlərin yeniləşdirilməsi, müasirləşdirilməsi və son nəticədə Azərbaycan cəmiyyətinin yeni keyfi­yyətinə nail olunması üçün təhsil faktorundan istifa­də edilməsinə şərait yaradır. Bu Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişafına verdiyi ən böyük töhfədir. Ölkə təhsilinin inkişafı məqsədilə nəzərdə tutulan proqramlar və layihələr bütün ölkədə oldu­ğu kimi, Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir.

Ardını oxu...

Gənc nəslə tariximizin aşılanmasında yeni bir addım

Son 25 ilə yaxın müddətdə Naxçıvan Muxtar Respublikasında tariximizin tədqiqi, təbliği və gənc nəslə öyrədilməsisahəsində genişmiqyaslı işlər görülür. Bu səbəbdən yeniyetmə və gənclərə tariximizin orta məktəb dövründən öyrədilməsi qarşıda duran əsas vəzifələrdəndir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vətənpərvər gənclər yetişdirməyin məktəbdən başlanılmasının zəruriliyini qeyd edərək deyirdi: “Müstəqil Azərbaycanın gənc nəslinin hər bir nümayəndəsi məktəbdə milli təhsil alaraq öz xalqının, millətinin tarixini qədim dövrlərdən bu günümüzədək yaxşı öyrənməlidir. Əgər o, bunu öyrənməzsə əsl vətəndaş ola bilməz, əgər o, bunu öyrənməzsə öz millətini dəyərləndirə bilməz, əgər o, bunu öyrənməzsə öz milli mənsubiyyəti ilə lazımi səviyyədə qürur duya bilməz”.

Ardını oxu...

Hərbi Liseylə tanışlıq məqsədi ilə “Açıq qapı” çərçivəsində ekskursiyaları həyata keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşəbüssü və  Hərbi Liseyin rəhbərliyinin birgə razılığı  ilə cari 2019-2020-ci tədris ilində muxtar respublikanın şəhər və rayon təhsil şöbələrinin tabeliyində olan ümumtəhsil məktəblərindən təhsillərini Heydər Əliyev adına Hərbi Liseydə davam etdirmək istəyən IX sinif şagirdlərinin 22 noyabr 2019-cu il tarixindən Hərbi Liseylə tanışlıq məqsədi ilə “Açıq qapı” çərçivəsində ekskursiyaları həyata keçirilmişdir.

Bu işin davamı olaraq 22-29 noyabrda Naxçıvan şəhər (128 şagird 19 hərbi rəhbər), 29 noyabrda Şərur rayon (100 şagird 6 hərbi rəhbər) şagirdlərinin Hərbi Liseyə ekskursiları həyata keçirilmişdir.

Qeyd edək ki, dekabr ayının 20-dək zabit olmaq istəyən şagirdlərin liseyə ekskursiyaları davam edəcək.

“Kəngərli rayon ümumtəhsil məktəblərində məktəblilərin dram müsabiqəsinin məktəbdaxili seçimi aparılıb”

22 noyabr 2019-cu il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində məktəblilərin dram müsabiqəsinin məktəbdaxili seçimi aparılıb. Müsabiqənin məktəb mərhələsində ümumtəhsil məktəblərindən 15 kollektiv iştirak edib. Keçirilən tədbirlərdə qeyd olunub ki, məktəblilərin dram müsabiqəsi Azərbaycan və dünya xalqlarının şifahi xalq ədəbiyyatının, klassik və müasir ədəbiyyatın, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi “Oxunması zəruri olan kitablar”ın siyahısında olan əsərlərin məktəblilər arasında təbliği, məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanması, müxtəlif məktəbdənkənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunması ilə fərdi potensiallarının sistemli inkişafı, ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə keçirilir.

Ardını oxu...

Naxçıvan şəhər ümumtəhsil məktəbliləri arasında Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilmişdir

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən muxtar respublikamızın hər yerində olduğu kimi Naxçıvan şəhər ümumtəhsi məktəblərində də 2019-cu il ərzində müxtəlif tədbirlər keçirilmişdir. Muxtar respublikamızın keçmişini və bu gününü özündə əks etdirən inşa, şeir, rəsm müsabiqələrində, keçirilən ayrı-ayrı idman növləri üzrə yarışlarda şagirdlər həvəslə iştirak edərək doğma vətənimizə öz sevgilərini nümayiş etdirmişlər.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg