• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün257
mod_vvisit_counterDünən2214
mod_vvisit_counterBu həftə13120
mod_vvisit_counterBu ay45452
mod_vvisit_counterÜmumi2512717

Tarix: 28 Apr., 2024

Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında onlayn şahmat yarışı keçirilmişdir

25 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında onlayn şahmat yarışı keçirilmişdir. Yarışda 8, 14, 16 və 17 nömrəli tam orta məktəblərindən ümumilikdə 24 şagird iştirak etmişdir. Yarışın keçirilməsində məqsəd şagirdlərə şahmat fənnini sevdirmək və qabaqcıl şahmatçıları müəyyənlişdirməkdir. Dairəvi sistem əsasında keçirilən yarışda  3 turdan sonra Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin komandası I yerin, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin komandası II yerin, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin komandası III yerin qalibi olmuşdur.

“Xocalı faciəsi – qan yaddaşımızdır” adlı inşa yazı müsabiqəsi keçirilib

Fevralın 24-də Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Yurdçu kənd tam orta məktəbində Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı faciəsi-qan yaddaşımızdır” adlı inşa yazı müsabiqəsi keçirilib.

İnşa yazı müsabiqəsinin keçirilməsində məqsəd Xocalı Soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, gənc nəsildə Vətənə sevgi hisslərinin aşılanması, Azərbaycan tarixinin təbliği, məktəblilərin dünyagörüşünün zənginləşdirilməsi və istedadlı şagirdlərin üzə çıxarılmasından ibarətdir.

Ardını oxu...

Müəllimlər arasında şahmat üzrə şəxsi birincilik keçirilib

Fevralın 24-də Naxçıvan Muxtar Respublikası  Şahmat Federasiyasının Kəngərli Rayon Bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və  Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə “26 Fevral - Xocalı Soyqırımı”nın 28-ci ildönümü ilə əlaqədar sertifikasiyadan keçmiş, ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər arasında şahmat üzrə şəxsi birincilik keçirilib.

Yarışın  keçirilməsində əsas məqsəd müəllimlər arasında intellektual idman növü olan  şahmat oyununu təbliğ etmək, idman və dostluq əlaqələrini inkişaf etdirmək, eyni zamanda müəllimlərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

Ardını oxu...

Laboratoriyada açıq dərs keçirilib

Sədərək rayon Sədərək kənd 1 nömrəli tam orta məktəbin laboratoriyasında​ IX sinif​ Kimya fənnindən açıq dərs keçirilmişdir. Kimya müəllimi Kamaləddin Əliyev kimya laboratoriyasında  “Oksigenin laboratoriyada​ ​ alınması üsulu və​ ​çay sodası ilə sirkə turşusunun qarşılıqlı təsirindən alınmış​ karbon qazı” mövzusunda müvafiq avadanlıqlardan istifadə edərək​ təcrübə aparmışdır. Aparılan təcrübələr şagirdlərin​ kimya fənninə olan marağının artırılmasında və təcrübələr əsasında kimyəvi reaksiyaları öyrənilib mənimsənilməsində olduqca yararlı olmuşdur.

Müəllim sonda müşahidə olunan reaksiya tənliklərini lövhədə yazıb uşaqlara geniş izah vermişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg