• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1046
mod_vvisit_counterDünən838
mod_vvisit_counterBu həftə1046
mod_vvisit_counterBu ay14814
mod_vvisit_counterÜmumi2531630

Tarix: 13 May, 2024

Müəllimlər arasında şahmat üzrə şəxsi birincilik keçirilib

Fevralın 24-də Naxçıvan Muxtar Respublikası  Şahmat Federasiyasının Kəngərli Rayon Bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və  Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə “26 Fevral - Xocalı Soyqırımı”nın 28-ci ildönümü ilə əlaqədar sertifikasiyadan keçmiş, ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər arasında şahmat üzrə şəxsi birincilik keçirilib.

Yarışın  keçirilməsində əsas məqsəd müəllimlər arasında intellektual idman növü olan  şahmat oyununu təbliğ etmək, idman və dostluq əlaqələrini inkişaf etdirmək, eyni zamanda müəllimlərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

Tədbiri giriş sözü ilə açan Uşaq-gənclər şahmat məktəbinin direktoru Əli Hüseynzadə  bildirib ki, Xocalı Soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biridir. O çıxışında Xocalı Soyqırımına ilk dəfə hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, 1994-cü il fevralın 24-də Ulu öndərin imzaladığı Fərmanla həmin günün xalqımıza qarşı törədilmiş soyqırım aktı kimi qeyd edilməyə başladığını vurğulayıb.

Yarış “İsveçrə” sistemi ilə 5 turdan ibarət olub və hər iştirakçıya oyunun sonunadək 1 saat vaxt verilib.

Yarışda rayonun ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən sertifikat almış 21 müəllim iştirak edib. Yarışın yekun nəticələrinə əsasən,  Qarabağlar kənd  1 nömrəli tam orta məktəbin müəllimi Famil Süleymanov I, Yurdçu kənd tam orta məktəbinin müəllimi Sabir Məmmədov II, Qıvraq qəsəbə tam orta məktəbinin müəllimi Mənsim Möhbalıyev isə III yerə layiq görülüb. Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg