• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün4895
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə9080
mod_vvisit_counterBu ay41412
mod_vvisit_counterÜmumi2508677

Tarix: 25 Apr., 2024

Ordubad Rayon Bist kənd tam orta məktəbində 26 Fevral Xocalı soyqırımına həsr olunmuş "Xocalı harayı" adlı tədbir keçirilmişdir

Xocalı soyqırımı Azərbaycan Tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bist kənd tam orta məktəbində də Ordubad rayonunun digər məktəblərində olduğu kimi Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Məktəbin bütün şagirdləri fəal iştirak etmişdir. X sinif şagirdləri tərəfindən hazırlanmış "Xocalı harayı" guşəsində Xocalı soyqırımı ilə bağlı bütün məlumatlar əks olunmuşdur. Məktəbin gənc müəllimləri Sona Hüseyinli və Tutu Mərdanlının rəhbərliyi ilə hazırlanan səhnəciklər şagirdlər tərəfindən nümayiş etdirilmişdir.

Sonda Xocalı soyqırımı ilə bağlı hazırlanmış video lentə baxış keçirilmişdir.

Texniki Yaradıcılıq Mərkəzində dərnək rəhbərləri və dərnək üzvləri arasında "Xocalı harayı" adlı tədbir keçirilib

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Mərkəzin direktoru Nübar Allahverdiyeva Xocalı harayı mövzusunda çıxış edərək diqqətə çatdırıb ki,   belə tədbirlərin keçirilməsində məqsəd gənc nəslin Vətənə, doğma torpağa məhəbbət və sədaqət hisslərinin gücləndirilməsindən ibarətdir. İnsanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsi erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsidir.

Ardını oxu...

Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbdə “Xocalı XX əsrin faicəsidir” mövzusunda tədbir keçirilmişdir

 

Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin IV və V sinif şagirdlərinin iştirakı ilə “Xocalı XX əsrin faicəsidir” mövzusunda tədbir keçirilmişdir. Keçirilən tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak etmişdir. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad etməklə başladı. Sonra tarix müəlliməsi İsmayılova Sevda çıxış edərək qeyd etmişdir ki, Xocalı soyqırımının törədilməsindən 28 il keçir.

Ardını oxu...

Şərur Şəhər Fizika Riyaziyyat Təmayüllü Liseydə “26 fevral-Xocalı faciəsi” ilə əlaqədar tədbir keçirilmişdir

Liseyin direktoru Cavanşir Quliyev öz çıxışında qeyd etmişdir ki, 26 fevral Azərbaycanın tarixi səhifəsinə qanlı hərflərlə yazılmış tarixi gündür. 28 il bundan öncə erməni silahlı dəstələri ağır və zirehli texnikadan isfifadə edərək, şəhəri şiddətli şəkildə atəşə tutdular. Axşam saatlarından başlayan bu qırğın səhər saatlarına qədər fasiləsiz şəkildə davam etmiş , artıq səhər saatlarında şəhər alovlara qərq edilmişdir. Erməni silahlı dəstələri gənc, uşaq, yaşlı demədən vəhşiliklə insanları qətlə yetirmiş, işgəncələr vermiş, əsir götürmüşdürlər.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg