Müəllimin səriştəli bir mütəxəssis kimi yetişməsində ixtisasartırma kurslarının, treninqlərin, elmi-praktik konfrans və seminarların müstəsna rolu vardır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müəllimlərin yaradıcılıq potensialının yüksəldilməsi, təlim prosesində onların əyanilikdən, o cümlədən elektron lövhələrdən, laboratoriyalardan daha da səmərəli istifadələrini təmin etmək, müəllimlər arasında fikir, təcrübə və ideya mübadiləsinə şərait yaratmaq məqsədilə təlim kursları keçirilir.
Bu tədbirlərin davamı olaraq dünən Naxçıvan şəhər 14 nömrəli tam ortaməktəbdə ingilis dilimüəllimləri üçün “İngilis dili fənninin tədrisində interaktiv təlim, üsul və vasitələrindən istifadənin təkmilləşdirilməsi” mövzusunda seminara start verilib.
Seminarın keçirilməsində məqsəd buraxılış siniflərində ingilis dili fənnini tədris edəcək müəllimlərə dinləmə mətnlərinin tədrisinin, yeni təlim metodları və təlim texnologiyalarından istifadənin tətbiqinin təkmilləşdirilməsidir.
“
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün 21 iyun 2019-cu il tarixdə elan edilmiş müsabiqənin test imtahanları 14 avqust-4 sentyabr tarixlərdə keçirilib.
Ə
