• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün155
mod_vvisit_counterDünən8673
mod_vvisit_counterBu həftə8828
mod_vvisit_counterBu ay30876
mod_vvisit_counterÜmumi2547692

Tarix: 20 May, 2024

Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin konfransı keçirilmişdir

Sentyabrın 4-də “Gənclik Mərkəzi”ndə Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir. Konfransda muxtar respublikanın bütün təhsil müəssisələrinin rəhbərləri, Təhsil Nazirliyinin əməkdaşları, qabaqcıl müəllimlər iştirak ediblər.

Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov açaraq təhsilə göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, muxtar respublikamızda təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Ötən dövr ərzində muxtar respublikamızda 200-dən çox təhsil müəssisəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Əvvəlki illərdə olduğu kimi 2019-cu ildə də tikinti quruculuq işlərinin önündə təhsil quruculuğu dayanmışdır. Təkcə 2019-cu ilin birinci yarımili ərzində 1170 şagird yerlik 2 ümumtəhsil məktəbi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidənqurularaq istifadəyə verilmişdir. Hazırda da bu sahədə işlər davam etdirilir.

Muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamlarına əsasən, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü 1.5, vəzifə maaşı 2 dəfə, cari il sentyabrın 1-dən isə bu kateqoriyadan olan müəllimlərin aylıq vəzifə maaşları əlavə olaraq orta hesabla 20 faiz artırılmışdır. Bununla yanaşı 2018-2019-cu tədris ilində 6 müəllim Azərbaycan Respublikasının “Əməkdar müəllimi”, 17 müəllim Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxfri adına layiq görülmüş, 4 müəllimisə “Tərəqqi” medalı ilə mükafatlandırılmışdır. Bununla yanaşı Ali Məclis Sədrinin 24 iyun 2019-cu il tarixli sərəncamı iləistedadı ilə seçilən şagirdlərdən 3-nün adı Naxçıvan Muxtar Respublikasının Qızıl kitabına yazılmış, onlar Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.

Təhsil naziri qeyd etmişdir ki, ötən tədris ilində yaradılan şəraitdən səmərəli istifadə olunması diqqətdə saxlanılmış, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlər, konfranslartəşkil edilmiş, müəllimlərin işə qəbulu prosesində şəffaflıq və və obyektivlik təmin edilmişdir.

İstedadlı şagirdlərin üzə çıxarılması istiqamətində də fəaliyyət gücləndirilmiş, fənn olimpiadalarının keçirilməsi diqqətdə saxlanılmış, Mütaliə aylığı”, “Tariximizi qoruyaq və yaşadaq” aksiyası, Dram” müsabiqəsi, kitab təqdimatları, intellektual oyunlar, idman yarışları keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili, elmi dərəcəli müəllimlər tərəfindən ümumtəhsil məktəblərində nümunəvi dərslərin keçirilməsi şagirdlərin biliklərinin artırılmasında, vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyyə olunmasında, qabaqcıl təcrübənin öyrənilməsi və informasiya texnologiyalarından istifadə bacarıqlarının artırılmasında, buraxılış və qəbul imtahanlarında yüksək nəticələrin əldə olunmasında mühüm rol oynamışdır.

Muxtar respublikada təhsilin inkişafı üçün yaradılan şəraitin nəticəsidir ki, bu il ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verən 2569 məzundan 1922-si yaxud, 70 faizi tələbə adını qazanmışdır. Onlardan 281-i 500-700 arası bal toplamışlar.

2018-2019-cu tədris ilində məzunlardan 13-ü “Qızıl”, 16-sı “Gümüş” medallara, 45-i isə fərqlənmə attestatına layiq görülmüşdür. 25 şagird Respublika fənn olimpiadasının qalibi olmuşdur.

Təhsil naziri ümumtəhsil müəssisələrinin fəaliyyətindəki nöqsanlardan da danışaraq bildirmişdir ki, tədris prosesindən səmərəli istifadə edən, şagirdlərin bilik səviyyəsinin daim yüksəldilməsinə çalışan pedaqoji kollektivlərlə yanaşı, tədrisin keyfiyyətinə lazımi şəkildə nəzarət etməyən məktəblər də vardır.

Bildirilmişdir ki, 2019-2020-ci tədris ilində mövcud nöqsanlar qısa müddətdə aradan qaldırılmalı, dərs bölgüsünün aparılması zamanı varislik prinsipi gözlənilməli, tədris ili ərzində məktəb rəhbərləri tərəfindən tələb olunan sayda dərs dinləmələri aparılmalı, açıq və nümunəvi dərslər təşkil edilməli, fənlər üzrə müzakirələr təşkil edilməli, müəllimlərə metodiki köməklik göstərilməli, sinif komplektləri mövcud qanunvericiliyə uyğun olaraq formalaşdırılmalıdır. Dərslərdə əyani vəsaitlərdən, elektron lövhə, kompüter və laboratoriyaların imkanlarından səmərəli istifadə olunmalıdır. Gənc müəllimlərlə aparılan işin keyfiyyəti artırılmalı, metodiki kabinetlərin fəaliyyəti gücləndirilməli, şagirdlərin məktəbəhazırlıq qruplarına və I siniflərə qəbulu zamanı mövcud təlimatı qaydalara əməl edilməlidir.

Məruzə ətrafında müzakirələrdə Naxçıvan şəhər və Culfa Rayon Təhsil şöbələrinin müdirləri Elşən Qəbulovun və Mehdixan Əliyevin, Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanovun, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyevanın, Naxçıvan Peşə Liseyinin direktoru Vüsal Abdullayevin və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Murad Babayevin çıxışları dinlənilmişdir. Konfransın qərarı qəbul edilmişdir.

Sonda Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən hazırlanan “Naxçıvan təhsili: inkişaf və prespektivlər” filminə baxış olmuşdur.

Konfrans sentyabrın 5-də Şəhər və rayonlarda bölmə iclasları ilə davam edəcəkdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg