
Ağbulaq İstirahət Mərkəzində Babək və Ordubad məktəblilərinin iştirakı ilə təşkil olunan “Yay məktəbi”ndə proqrama uyğun olaraq hər günə səhər gimnastikası ilə başlayan məktəblilər arasında “Doğma yurdum” rəsm müsabiqəsi keçirilib, milli-mənəvi dəyərlərimiz və adət-ənənələrimizin təbliği məqsədi ilə “Tariximiz-irsimiz” mövzusunda mühazirə dinlənilib, sonra oxunması zəruri olan kitablardan ibarət mütaliə saatı, müxtəlif stolüstü idman oyunları, futbol, voleybol oynayıb, həmçinin onların Ağbulaq kəndi ərazisinə gəzintisi təşkil olunub. “Yay məktəbi” ərzində keçirilən yarışlarda fərqlənən məktəblilər üçün istirahətin son günü tədbir təşkil olunub.
2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.

“Yay məktəbi”ndə müsabiqə və yarışlarda fərqlənən şagirdlərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edib. Bildirilib ki, “Yay məktəbi”ndə məktəblilərin yay tətilini səmərəli keçirmələri üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən rəsm müsabiqələri, müxtəlif bilik yarışları, konsert proqramları, sənədli və milli filmlərimizin nümayişləri, muzeylərə ekskursiyalar, idman və şahmat yarışları, “Oxunması zəruri olan kitabların” müzakirəsi, maarifləndirici diskussiyalar keçirilib.