• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1077
mod_vvisit_counterDünən2947
mod_vvisit_counterBu həftə8666
mod_vvisit_counterBu ay4727
mod_vvisit_counterÜmumi2521543

Tarix: 03 May, 2024

“Naxçıvan” Universitetində IX sinif Azərbaycan tarixi və Ümumi tarix dərsliklərinin müzakirəsi keçirilib

“Naxçıvan” Universitetində ümumtəhsil məktəblərinin müəllimləri, universitetin professor və müəllim heyətinin iştirakı ilə IX sinif Azərbaycan tarixi və Ümumi tarix dərsliklərinin müzakirəsi olub. Əvvəlcə “Naxçıvan” Universitetinin prorektoru Hüseyn Bağırsoylu müzakirənin keçirilməsinin əhəmiyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov Ali Məclisin Sədri tərəfindən Təhsil Nazirliyinə ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsinin təmin edilməsinin bir vəzifə olaraq tapşırıldığını bildirib. Bu məqsədlə muxtar respublikanın qabaqcıl müəllimlərinin iştirakı ilə ayrı-ayrı dərslik və dərs vəsaitlərinin müzakirəsi aparılıb.

Qabaqcıl fənn müəllimlərinin iştirakı ilə hazırlanmış rəy və təkliflərin muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin professor və müəllim heyəti ilə birlikdə müzakirələri davam etdirilir. Müzakirə zamanı iştirakçılar dərsliyin həm keyfiyyətcə, həm də məzmunca yaxşı hazırlandığını qeyd etməklə bərabər, bir sıra çatışmazlıqların da olduğunu bildiriblər. Dərslikdə xronoloji ardıcılığın gözlənilmədiyi, tarixi hadisələrin adının, vaxtının dəqiq verilmədiyi və ya fəqli verilməsi, həmçinin bəzi mətnlərin ağır və yorucu olması eyni zamanda Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında geniş məlumatların verilməməsi də qeyd edilib.

Müzakirələrdən sonra yekun təkliflər hazırlanaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə təqdim olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg