• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1014
mod_vvisit_counterDünən1942
mod_vvisit_counterBu həftə11384
mod_vvisit_counterBu ay50798
mod_vvisit_counterÜmumi3132476

Tarix: 22 Mart, 2025

Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib

Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2018-ci ildə görülmüşişlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.

Kollegiyada Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov məruzə ilə çıxış edərək bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə təhsil müəssisələrinin maddi-tədris bazasının daha da möhkəmləndirilməsi, tədris prosesinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tədbirlər ötən il də davam etdirilib. 2018-ci il ərzində Naxçıvan şəhərində 6 nömrəli, Şərur rayonunda İbadulla, Ərəbyengicə, Kosacan, Babək rayonunda Aşağı Buzqov, Yuxarı Buzqov, Culfa rayonunda Dizə, Qazançı kənd tam orta məktəbləri, Ordubad Rayon Təhsil Şöbəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir.

Ardını oxu...

İnteraktiv açıq dərsdə termodinamikanın qanunlarından bəhs olunub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərs təşkil olunub. Dərsdə AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova “Termodinamikanın qanunları” mövzusundan danışıb.

Bildirib ki,termodinamika müxtəlif növ enerjilərin qarşılıqlı çevrilmələri və bu çevrilmələrin qanunlarını öyrənən elmdir. Termodinamikanın qanunları fizika fənnində öyrənilir. Eyni zamanda kimyəvi reaksiyalardada termodinamik parametrləri bilmək mütləqdir.

Ardını oxu...

Yeni fəaliyyətə başlayan gənc müəllimlərlə görüş keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün 24 oktyabr 2018-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanları sona çatmışdır.

07 yanvar 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc kadrlarla görüş keçirilmişdir. Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirmişdir ki, muxtar respublikada təhsil Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsinin tikilib istifadəyə verilməsi, onların maddi-tədris bazasının zənginləşdirilməsi, tədris prosesi üçün hər cür şəraitin yaradılması muxtar respublikada təhsilin səviyyəsinin artmasına geniş imkanlar açmışdır. Ümumtəhsil məktəblərində 5500-dən artıq kompüter və 600-dən çox elektron lövhə quraşdırılıb, laboratoriyalar və fənn kabinələri şagirdlərin istifadəsinə verilib, kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin olunub.

Ardını oxu...

Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilmişdir

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” mövzusunda tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov tədbir iştirakçılarını təbrik edərək  Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən danışıb.

Qeyd olunub ki, hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ümummilli liderimiz Heydər Əliyevin xalqımızın tarixi taleyi ilə bağlı qəbul etdiyi mühüm qərarlardan biridir.

Vurğulanıb ki, Xalqımızın birlik və həmrəyliyinin nəticəsidir ki, muxtar respublikamızda davamlı inkişafa nail olunur, quruculuq, abadlıq işlərinin həcmi ilbəil artır, əhalinin yaşayış səviyyəsi yüksəlir. Bu yüksəliş isə özünü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbəri olduğu “Caspian European Club”un Azərbaycanın iqtisadi regionlarının investisiya reytinqində  özünü parlaq şəkildə göstərir. Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi, elmi-mədəni, tikinti, sənaye və kənd təsərrüfatı, həmçinin turizm, nəqliyyat və kommunikasiya, infrastruktur sahələrində mühüm nailiyyətlər əldə olunub, istehsalatda artım və əhalinin rifah səviyyəsində yüksəliş qeydə alınıb və son iki ildir ki, bu göstəricilərə  görə muxtar respublikamız Azərbaycan birincisidir.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg