• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün287
mod_vvisit_counterDünən2214
mod_vvisit_counterBu həftə13150
mod_vvisit_counterBu ay45482
mod_vvisit_counterÜmumi2512747

Tarix: 28 Apr., 2024

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən sonuncu sınaq imtahanında ən yüksək nəticə əldə olunmuşdur.

Naxçıvan Qarnizonu tam orta məktəbin XI sinif məzunu Həsənova Nərmin Mikayıl qızı Dövlət İmtahan Mərkəzi tərəfindən 10 iyun 2018-ci il tarixində keçirilən  sonuncu sınaq imtahanında IV ixtisas qrupu üzrə 700 bal toplayaraq maksimum nəticə əldə etmişdir.

Qeyd edək ki, Nərmin ən böyük uğurlarını 2017-2018-ci dərs ilində - XI sinifdə qazanıb. Bu il ərzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən bütün sınaq imtahanlarında 500-700 bal intervalında yüksək nəticələr əldə edib. Bu nailiyyətlərinə görə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Qarnizon tam orta məktəbinin fəxri fərmanlarına layiq görülüb. Nərminin uğurları bununla kifayətlənməyib, eyni zamanda, O, 2017-2018-ci dərs ilində keçirilən məktəblilərin fənn olimpiadalarının Azərbaycan Respublikası turunda Kimya fənnindən III yerə layiq görülüb. Cari ilin may ayında keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci mərhələsində 638 bal toplamışdır.

Ardını oxu...

XI sinif şagirdlərinin “Son zəng” tədbirləri keçirilib.

Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasının da tam orta təhsil məktəblərində XI sinif şagirdlərinin “Son zəng” tədbirləri keçirilib.  Məlumat üçün bildirək ki, bu tədris ilində muxtar respublikanın adıçəkilən təhsil müəssisələrindən 2803 nəfər məzun olub.Naxçıvan  şəhərindəki  Heydər Əliyev adına tam orta məktəbdə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov muxtar respublikada təhsilin inkişafına göstərilən qayğıdan və bu sahədə qazanılan nailiyyətlərdən danışıb, sonda məzunları təbrik edib və onlara ali məktəblərə qəbul imtahanlarının II mərhələsində uğurlar arzulayıb. 
Digər məktəblərdə keçirilən tədbirlərdə də məzunlara müstəqil həyatda xoş arzular ifadə olunub, onlara dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasında, inkişafında fəal həyat mövqeyi nümayiş etdirmək tövsiyə edilib. Məzunlar bu yolda bütün səy və bacarıqlarını sərf edəcəklərinə söz veriblər. Tədbirlərdə şeirlər bədii qiraət olunub, mahnılar səsləndirilib.

Növbəti Diaqnostik qiymətləndirmə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyan və Naxıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanlarına iyun ayının 11-dən start verilib.Keçirilən test imtahanlarında iştirak etmək üçün 414 nəfər sənəd təqdim etmişdir. Test imtahanında iştirakçılara ixtisas üzrə ümumi fənn proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları üzrə 15 sual olmaqla 80 sual təqdim edilir, sualları cavablandırmaq üçün iştirakçılara 120 dəqiqə vaxt verilir.

Ardını oxu...

Test-sınaq imtahanı

10 iyun 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və “İstedad XXI əsr” kurslarının birgə təşkilatçılığı ilə bu gün muxtar respublika ümumtəhsil məktəblərinin V-VIII sinif şagirdləri üçün sınaq test imtahanları keçirilmişdir.  Muxtar respublikanın bütün ümumtəhsil məktəblərinin təmsil olunduğu imtahanlarda V siniflərdə şagirdlərə 7 fənn üzrə 70 sual, VI-VIII siniflərdə isə 10 fənn üzrə 100 sual təqdim olunmuşdur. Sualların cavablandırılması üçün iştirakçılara 150 dəqiqə vaxt ayrılmışdır.

İştirakçılar beş gündən sonra onlara verilmiş iş nömrələri vasitəsilə İstedad XXI əsr.com  elektron ünvana daxil olmaqla  imtahan  nəticələrini öyrənə bilərlər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg