• 1 6.jpg
  • 1.jpg
  • 3 li mekteb.jpg
  • 003.jpg
  • 5 nom9.jpg
  • 005.jpg
  • 20.jpg
  • 22.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1982
mod_vvisit_counterDünən2529
mod_vvisit_counterBu həftə9164
mod_vvisit_counterBu ay1982
mod_vvisit_counterÜmumi1519584

Tarix: 01 Dek., 2022

Təbiət ruhumuzu oxşayan ən təsirli əsərdir

Təbiət qucağın açıbdır bizə,

Lalələr, sünbüllər çıxıbdır dizə,

Kaş indi baş verə elə möcüzə,

Yenidən qayıda məktəb illəri,

Arxada buraxaq qəm-nisgilləri.

 

Bəli, hər birimiz böyüyüb yaşa dolduqdan sonra ömrün ötən səhifələrini vərəqlədikcə nostalji duyğuların ağuşuna düşürük, yaddaşımızın bir küncündə yığılıb qalan, bizdən heç cür ayrılmaq istəməyən xoş anlar xatirələrimizdə yenidən canlanır. Lakin bir həqiqəti gizlətmək olmur ki, daha nə ağ vərəqtək saf olan uşaqlığımız qalıb, nə hafizədə əvvəlkitək məsum duyğular, düşüncələr yaranır, nə də gözlərdə dünyanın sevinci sezilir. Öz-özünə deyirsən ki, ötən ömür sanki kinolent kimi necə də bir neçə saatın içində gəlib-keçib. Məhz bunun üçün də gərək uşaqlıq illəri elə mənalı, yaddaqalan yaşansın ki, yaşlananda xatırlamağa, yada salmağa, özündən sonra gələn nəsillərə danışmağa maraqlı xatirələr olsun...

Ardını oxu...

Eynəli bəy Sultanovun "Məqalələr" Kitabı

Naxçıvanın görkəmli şəxsiyyətləri haqqında söhbət açıldığı zaman Eynəli bəy Sultanovun xalqın problemləri və onların həlli üçün məqsədəuyğun addımları özündə əks etdirən məqalələr yazdığını, bu məqalələrdə dövrünün ictimai eyiblərini tənqid etdiyini, həmin dövrdə xalqdan eşitdiyi atalar sözləri və məsəllərə xüsusi yer verdiyini müəllimlərimdən öyrənmişdim. Onun “Məqalələr” kitabının “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilməsinə isə çox sevindim. Kitabı oxuyarkən bir daha gördüm ki, Naxçıvanda teatrın, kitabxanaçılığın, mətbəə işinin və bir çox sahələrdəki yeniliklərin öncüllərindən olan Eynəli bəy Sultanov daim xalqımızın maariflənməsinə, ziyalı kimi yetişməsinə çalışmış, Azərbaycan ədəbiyyatı və tarixi üçün qiymətli əsərlər yazmışdır. Kitabda 120-dən çox məqalə yer alıb. Oxuduğum məqalələrdə Eynəli bəy Sultanovun Azərbaycan xalqına olan böyük sevgisi duyulur.

Ardını oxu...

Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub

Avqustun 19-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının uğurla başa çatması münasibətilə tələbə adını qazanan məzunları, onların valideynlərini və bütün təhsil ictimaiyyətini təbrik edərək deyib: Hər bir xalqın inkişaf göstəricisi və dünya birliyində tutduğu mövqe onun təmsil etdiyi ölkənin təhsil səviyyəsi ilə ölçülür. Təhsili millətin gələcəyi sayan Azərbaycan təhsil siyasətinin banisi, ümummilli lider Heydər Əliyev bu sahəni ölkənin inkişafının prioritet sahəsi sayaraq deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq, hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanlar yaradılmalıdır”. Dahi rəhbərin təhsilin qarşısında duran vəzifələrlə bağlı tövsiyə və tapşırıqları Azərbaycanın strateji inkişafına xidmət edən, bütün dövrlər üçün aktual, yüksək dəyərli fəaliyyət proqramıdır.

Ardını oxu...

Abituriyentlərin nəzərinə: boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin (subbakalavrların) boş qalan yerlərə və kolleclərə keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg