• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün587
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə7116
mod_vvisit_counterBu ay30945
mod_vvisit_counterÜmumi2498210

Tarix: 20 Apr., 2024

“Nizaminin hikmət və nəsihətləri” kitabının müzakirəsi keçirilmişdir

Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə 06 dekabr 2019-cu il tarixdə “Oxunması zəruri olan kitablar” silsiləsindən Nizami Gəncəvinin “Nizaminin hikmət və nəsihətləri” kitabının müzakirəsi keçirilmişdir. Müzakirədə VII və X siniflərdən 16 şagird, məktəb rəhbərliyi və məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak etmişdir. Məktəbin X sinif şagirdləri tərəfindən Nizami Gəncəvinin “Nizaminin hikmət və nəsihətləri” kitabından nəsihətlər şərh olunmuş, kitabdakı fikirlər təhlil edilmişdir. Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova şagirdlərə kitab oxumağın və mütaliənin əhəmiyyəti haqqında tövsiyyələr vermişdir. Müzakirə diskussiya şəklində təşkil olunmuşdur. Sonra məktəbin direktoru Günay Novruzova və kitabxana müdiri Gülyanaq Həsənova Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir. Şagirdlərə “Oxunması zəruri olan kitablar” silsiləsindən bəhrələnməyi məsləhət görmüşlər.

Məktəblilər Heydər Əliyev Muzeyini ziyarət ediblər

Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin bir qrup şagirdinin ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunub. Şagirdlərə məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 fevral 1999-cu il tarixli Sərəncamı ilə yaradılıb. Burada ulu öndərimiz Heydər Əliyevə məxsus şəxsi əşyalar nümayiş olunur, eyni zamanda muzeyin kitabxanasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qəzet, jurnal, albom, kitablar və videomateriallar toplanıb.

“Mənim sevimli məşğuliyyətim” devizi altında ekskursiya təşkil edilib

Naxçıvan  şəhər  1, 2  və 3 nömrəli tam orta məktəblərinin   II-VI  sinif  şagirdləri üçün 05 dekabr 2019-cu il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə “Mənim sevimli məşğuliyyətim” devizi altında ekskursiya təşkil edilib.

Ekskursiyada şagirdlərə mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2019-2020-ci tədris ilində mərkəzdə şagirdlərin asudə vaxtlarını səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərinin və istedadlarının üzə çıxarılması üçün 12-si yeni yaradılan olmaqla müxtəlif profilli 39 adda dərnək fəaliyyət göstərir.

Ardını oxu...

“Naxçıvan” Universitetinin rektoru kollektivə təqdim olundu

Dekabrın 5-də “Naxçıvan” Universitetinin rektoru vəzifəsinə təyin edilən Nurlana Əliyeva ali məktəbin kollektivinə təqdim olunub.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi Seymur Talıbov bildirib ki, muxtar respublikamızda bütün sahələrin inkişafı diqqət mərkəzindədir. Təhsilin inkişafına göstərilən böyük diqqət və qayğının nəticəsidir ki, bu sahədə qazanılan uğurlar ildən-ilə artır. Təhsil müəssisələri üçün yeni binalar tikilir, ümumtəhsil məktəbləri ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilir.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg