• 1 6.jpg
  • 1.jpg
  • 3 li mekteb.jpg
  • 003.jpg
  • 5 nom9.jpg
  • 005.jpg
  • 20.jpg
  • 22.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün776
mod_vvisit_counterDünən2349
mod_vvisit_counterBu həftə5263
mod_vvisit_counterBu ay37444
mod_vvisit_counterÜmumi1182932

Tarix: 25 May, 2022

Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyinin qəbulu haqqında

MƏLUMAT

 

1.  “Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyinə qəbul imtahanının NƏTİCƏLƏRİ" ( VII Sinif qızlar)

2.  “Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyinə qəbul imtahanının NƏTİCƏLƏRİ" ( VII Sinif oğlanlar)

3.  “Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyinə qəbul imtahanının NƏTİCƏLƏRİ" ( VIII Sinif qızlar)

4. “Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyinə qəbul imtahanının NƏTİCƏLƏRİ" ( VIII Sinif oğlanlar)

 

 

 

“STEAM təhsil festivalı”nın

ELANI

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 11 iyun tarixdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində muxtar respublikanın ali və ümumtəhsil müəssisələrində təhsil alan tələbə və şagirdlərin iştirakı ilə “STEAM təhsil festivalı” təşkil olunacaq.

Festival çərçivəsində məktəblilər üçün:

  1. “Robotunu yarat-(STEAM open - sərbəst layihələr)”
  2. “Mancanaq robot-(Catapult robot)”
  3. “Lego Sumo”
  4. “3D bacarıqlar- (3D skills)”
  5. Labirint həll edən robot-(Labyrinth solving robot)”
  6. “Sənayə robot qol-  (Industrial robot arm)”
  7. “Short MOVIE”
  8. “Mikro:bit coding”

Ali və orta ixtisas tələbələri üçün:

1. “Yaşıl texnologiyalar-(Greentech)”

2. “Sosial texnologiyalar-(Social technologies)” kateqoriyaları üzrə müsabiqələr keçiriləcək.

Festival müddətində şagirdlərin təqdimatında müxtəlif layihələrin nümayişi olacaq. Festivalın sonunda qalib komandalar mükafatlandırılacaq.

Əziz dostlar sizləri STEAM metodologiyası əsasında hazırladığınız innovativ layihələrlə “STEAM təhsil festivalı”ında iştirak etməyə dəvət edirik!

Festivalda iştirak edəcək məktəblilər layihələrini 25 may 2022-ci il tarixədək Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. , tələbələr isə Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. elektron poçtuna göndərə bilər.




NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN

SƏDRİ YANINDA ELMİN İNKİŞAFI FONDU

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

TƏHSİL NAZİRLİYİ

“STEAM təhsili: reallıqlar və perspektivlər”

mövzusunda beynəlxalq elmi-praktik konfransın

ELANI

10 iyun 2022-ci il tarixində “STEAM təhsili: reallıqlar və perspektivlər” mövzusunda Beynəlxalq elmi-praktik konfransı keçiriləcəkdir.

Konfransın keçirilməsinin əsas məqsəd və vəzifəsi ümumi və ali təhsildə tətbiq edilən STEAM təhsilinin elmi-nəzəri və praktik cəhətdən əhəmiyyətini müzakirə etmək, STEAM təhsilinin gələcək perspektivləri haqqında yeni yanaşmaları müəyyənləşdirmək, elan olunan müzakirə istiqamətləri üzrə iştirakçıların elmi-praktik ünsiyyətini təşkil etməkdən ibarətdir.

Naxçıvan Muxtar Respublikasından kənarda yaşayan məruzəçilər konfransın işinə videobağlantı formatında qatıla bilərlər. Bu haqda onlara əlavə məlumat veriləcəkdir.

Konfransa təqdim ediləcək məruzələrin tezisləri və digər materiallar toplu şəklində nəşr ediləcəkdir.

Aktual problemlərə həsr olunmuş mövzu ilə konfransın uyğun bölməsində çıxış etmək (10 dəqiqə müddətində) və materialını tezis şəklində dərc etdirmək (1–3 səhifə həcmində) istəyənlər 24 may 2022-ci il tarixədək materiallarını Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. elektron ünvanına (STEAM Konfransı-2022 qeydi ilə) göndərə və ya elektron daşıyıcılarda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə (otaq № 27) təqdim edə bilərlər.

Materialın tərtibinə dair tələblər:

- A4 formatı, Word redaktoru, Times New Roman şrifti, 12 Pt;

- müəllifə dair məlumatlar (ad və soyad (tünd, böyük hərflərlə), işlədiyi və ya təhsil aldığı müəssisənin adı, vəzifəsi, elmi dərəcə və elmi adı  (varsa), elektron ünvanı (və əlaqə telefonu) adi hərflərlə) sağ tərəfdə;

- materialın başlığı tünd, böyük hərflərlə ortada;

- mətnin yazıldığı dildə xülasə (xülasə və açar sözlər əlavə olaraq ingilis dilində tərcümə olunaraq) və açar sözlər, sonra əsas hissə;

- xülasə: 30-40 söz;

- açar sözlər: 3-4 söz və ya söz birləşməsi;

- materialın həcmi: 1–3 səhifə (xülasə və açar sözlər daxil).

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi

Naxçıvan şəhəri, Nizami 51



“STEAM təhsili: reallıqlar və perspektivlər” mövzusunda

Beynəlxalq elmi-praktik konfransın müzakirə istiqamətləri:


1. Müasir dövrdə STEAM təhsilinin təşkilində davamlı islahatlar: gözləntilər, reallıqlar və perspektivlər.

2.   STEAM təhsilinin məzmununa beynəlxalq baxış.

3.  STEAM təhsilində fənlərarası inteqrasiya.

4. Ümumi təhsil sistemində STEAM təhsilinin tətbiqi perspektivləri.

5. Ümumi təhsil pilləsində STEAM təhsilinin tətbiqində   təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinə verilən tələblər.

6. Ali və ümumi təhsil pilləsində STEAM təhsilinin tətbiqində təhsilalanlardaformalaşdırılmalı səriştələr və mövcud təcrübə.

7. Tam orta təhsil səviyyəsində STEAM təlim metodunun tətbiqinin təşkili: tələblər və təcrübə.

8. Ümumi təhsil sistemində STEAM təhsilində şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi məsələləri.

9. Ali və ümumi təhsil sistemində STEAM təhsilinin səmərəli təşkilində müəllim hazırlığının aktual məsələləri.

10. STEAM təhsilinin tətbiqində dərslik konsepsiyası beynəlxalq təcrübə əsasında.

 

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg