• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün837
mod_vvisit_counterDünən417
mod_vvisit_counterBu həftə837
mod_vvisit_counterBu ay46449
mod_vvisit_counterÜmumi2513714

Tarix: 29 Apr., 2024

Naxçıvanlı şagirdlər “Sabahın alimləri” IX Respublika müsabiqəsində iştirak edirlər

Təhsil sahəsində aparılan islahatlar, orta ümumi təhsil müəssisələrində tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilmişdir. Bu gün məktəblərdə  tədqiqatlar aparmağa, yeni informasiya texnologiyalarından istifadə etməyə geniş imkanlar yaradılır. Bu işlərin aparılmasında əsas məqsəd şagirdlərə kiçik yaşlarından elmi vərdişlər aşılamaq, onları yeni elmi axtarışlara, ətraf mühiti yaxşılığa doğru dəyişdirməyə sövq etməkdən ibarətdir.

Muxtar respublikamızda da bu sahədə artıq bəzi addımlar atılmaqdadır. Belə ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan bölməsinin birgə əməkdaşlığı ilə “Sabahın tədqiqatçıları” layihəsi artıq start götürüb. Layihədə hal-hazırda 50 şagird müxtəlif mövzularda elmi tədqiqat işi aparırlar. Görülən işlərin və göstərilən dövlət qayğısının nəticəsidir ki, şagirdlərimiz ilk dəfə olaraq “Sabahın alimləri” IX Respublika müsabiqəsinə vəsiqə qazanıblar. Müsabiqə ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi məqsədilə 11-13 fevral 2020-ci il tarixlərdə Bakı şəhərində keçiriləcək müsabiqədə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Bağırov Siyavuş Mehdi oğlu, Qulusoy Araz Cavanşir oğlu “Ferma nöqtəsindən istifadə etməklə 3 qəsəbə arasında ən uyğun məntəqənin tapılması” və həmin məktəbin X sinif şagirdləri İsmayılova Fatimə Qalib qızı və İsmayılov Bəxtiyar Qalib oğlu “Yabanı tərəvəz bitkiləri-ən təmiz ekoloji məhsul” mövzusunda hazırladıqları layihələrlə muxtar respublikanı təmsil edirlər.

Şagirdlərimizə uğurlar arzulayırıq.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg