• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün179
mod_vvisit_counterDünən1389
mod_vvisit_counterBu həftə179
mod_vvisit_counterBu ay7792
mod_vvisit_counterÜmumi2524608

Tarix: 06 May, 2024

“Abituriyent-2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda seminar davam edir


Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ötən aydan start verilmiş “Abituriyent-2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda növbəti seminar fevralın 6-da Babək Rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərinin  XI siniflərində təhsil alan şagirdlər üçün keçirildi.

Seminarda Təhsil Nazirliyinin əməkdaşı Ayşən Əsgərova “2020/2021-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul planı və 2020-ci ildə keçiriləcək qəbul imtahanının tarixləri”, Naxçıvan  Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova “Buraxılış və qəbul imtahanlarına hazırlıq, ixtisas seçimi zamanı nələrə diqqət etməli”, Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin psixoloqu Nubar Abdullayeva “Abituriyentlərə imtahan qabağı psixoloji dəstək” mövzularında çıxış edərək  abituriyentlərə keçiriləcək imtahanlara psixoloji cəhətdən hazır olmaları, imtahan dövrü nələrə diqqət etmələri ilə bağlı məlumatlar verilmişlər.

Qeyd olunmuşdur ki, abituriyent üçün imtahanqabağı ən önəmli  problem həyəcan və vaxtı düzgün dəyərləndirməməkdir. Həmçinin zehni yorğunluq, öyrəndiklərini təkrarlamamaq, imtahanda diqqətsizlik, yaxşı nəticə əldə etməyə mane olan faktorlardır. Bu amilləri aradan qaldırmaq üçün düzgün qurulmuş hazırlıq prosesinə və pozitiv düşüncəyə əməl edilməli, özünə inam hissi artırılmalıdır. Xüsusilə  imtahan günü uğurlu nəticə əldə etmək üçün yüksək diqqət və mənəvi hazırlıqlı olmağa çalışılmalıdır.

Qeyd olunmuşdur ki, artıq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ildə keçiriləcək ali və orta ixtisas müəssisələrinə qəbul imtahanlarının təqvimi təsdiq olunub.

Bildirilib ki, Naxçıvanda IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi  martın 1-də, ikinci mərhələsi iyunun 14-də, XI siniflər üzrə isə buraxılış imtahanları aprelin 5-də keçiriləcəkdir.

Buraxılış imtahanlarına az bir zaman qaldığı vurğulanaraq  abituriyentlərə buraxılış və qəbul imtahanlarına səmərəli hazırlıq üsulları, nəticələrə uyğun düzgün ixtisas seçiminin aparılması qaydası izah edilmiş, muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri haqqında məlumatlar verilmişdir.

Seminarın sonunda mövzularla bağlı suallar cavablandırılıb, abituriyentlərə imtahanqabağı əlavə tövsiyyələr verilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg