• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün490
mod_vvisit_counterDünən2947
mod_vvisit_counterBu həftə8079
mod_vvisit_counterBu ay4140
mod_vvisit_counterÜmumi2520956

Tarix: 03 May, 2024

“Naxçıvan: Dünən və bu gün” adlı rəsm müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında 5 fevral 2020-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-cı ildönümü münasibətilə “Naxçıvan: dünən və bu gün” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədə ümumtəhsil məktəblərinin bütün yaş qruplarından olan 40 şagird iştirak etmişdir.

Tədbirdə Naxçıvan Muxtar Reapublikası Təhsil nazirinin müavini Heyran Əhmədova qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası ötən müddət ərzində böyük inkişaf yolu keçmişdir. Muxtar respublikada genişmiqyaslı tikinti və quruculuq işləri aparılmış, yollar, körpülər, müasir binalar salınmış və ya yenidən qurulmuş, məktəblər, xəstəxanalar, idman kompleksləri inşa edilmiş, bir sözlə, bütün sahələrdə əsaslı inkişaf əldə olunmuşdur. Görülən işlər sayəsində Naxçıvan Muxtar Respublikası günü-gündən tarixi saxlanılmaqla simasını dəyişir, yeniləşir, müasirləşir, inkişaf edir. Naxçıvanda inkişafın, müasirliyin, birliyin və həmrəyliyin nümunəsi formalaşır. Bu nümunənin işığında isə yaradıcı, fəal gənclik yetişir. Müasir gənclik intellektual və yaradıcılıq potensialını daim artırır, təhsildə və idmanda uğurlar qazanır, müxtəlif dövlət orqanlarında, icra strukturlarında, özəl bölmədə geniş təmsil olunur.

Bildirilmişdir ki, müsabiqənin keçirilməsində məqsəd muxtar respublikanın inkişaf tarixinə, dünəninə və bugününə nəzər salmaq, şagirdlərin bacarıqlarını və ideyalarını üzə çıxarmaq, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi və istiqamətləndirilməsidir. Qədim diyarımızın təbiəti, Naxçıvanın tarix və memarlıq abidələri, şəhər və kəndlərimizin müasir həyatını əks etdirən mövzularla bərabər, bu yurdun mərd və mübariz insanlarının əks olunduğu rəsmlər müsabiqənin əsas mövzusudur.

Sonra müsabiqəyə start verilmişdir. İstedadlı şagirdlər 2 saat ərzində muxtar respublikanın tarixi abidələrini, müasir görüntüsünü özündə əks etdirən rəsm əsərləri çəkmişdir. Çəkilən rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.

Müsabiqədə I yerə Naxçıvan Qarnizonu tam orta məktəbin IX sinif şagirdi Ələkbərova Nərmin Elçin qızı, II yerə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin V sinif şagirdi Kazımova Zenfira Nəsir qızı, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin VI sinif şagirdi Cabbarov Nicat Mübariz oğlu, III yerə isə Heydər Əliyev adına tam orta məktəbin VII sinif şagirdi Həsənova Gülnur Samir qızı, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Allahverdi Vəfa Əziz qızı, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin VII sinif şagirdi Quliyeva Mədinə Asəf qızı layiq görülmüşdür.

Qaliblər Təhsil Nazirliyinin diplomları ilə təltif olunmuş, çəkilən əsərlərdən ibarət sərgiyə baxış olmuşdur.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg