• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün609
mod_vvisit_counterDünən1389
mod_vvisit_counterBu həftə609
mod_vvisit_counterBu ay8222
mod_vvisit_counterÜmumi2525038

Tarix: 06 May, 2024

Məktəblilər arasında “Naxçıvan dünən və bu gün” adlı rəsm müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin 30 yanvar 2020-ci il tarixli 15 nömrəli əmri ilə təsdiq olunmuş Təhsil müəssisələrində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-cı ildönümünün qeyd olunması ilə əlaqədar Tədbirlər Planına əsasən 05 fevral 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Qıvraq qəsəbə tam orta məktəbində şagirdlər arasında “Naxçıvan dünən və bu gün” mövzusunda rəsm müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd Naxçıvan Muxtar Respublikasının tarixinin, mədəniyyətinin, təbiətinin məktəblilərə tanıdılması, rayonun ümumtəhsil məktəblərində təhsil alan xüsusi istedada malik şagirdləri üzə çıxarmaq, məktəblilərə vətənpərvərlik hisslərinin aşılanması, asudə vaxtın səmərəli təşkilindən ibarətdir.

Tədbiri giriş sözü ilə açan Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Yunis Ələkbərov Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, çoxəsrlik dövlətçilik ənənələri olan Naxçıvan həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşadıb, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb. Naxçıvan torpağı Azərbaycana, dünyaya, xalqımızın böyük və əvəzedilməz, görkəmli şəxsiyyəti olan Heydər Əliyevi bəxş edib. Vurğulanıb ki, Naxçıvan həm də Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır.

Rəsm müsabiqəsində rayonun 12 ümumtəhsil məktəbindən 25 şagird iştirak edib. Mövzu üzrə rəsmlər 2 saat müddətində çəkilib. Çəkilən rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun nəticəyə əsasən, Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Əhmədova Zülqədə I, Yeni Kərki kənd tam orta məktəbinin şagirdi Süleymanova Roza II, Təzəkənd tam orta məktəbinin şagirdi Həsənli Toğrul III, Qarabağlar kənd 2№-li tam orta məktəbin şagirdi Məmmədova Telli isə həvəsləndirici yerə layiq görülüb.

Müsabiqənin qalibləri təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg