• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün199
mod_vvisit_counterDünən1775
mod_vvisit_counterBu həftə8479
mod_vvisit_counterBu ay22247
mod_vvisit_counterÜmumi2539063

Tarix: 19 May, 2024

Naxçıvan şəhər ümumtəhsil məktəb şagirdlərinin iştirakı ilə Dövlət Bayrağı Muzeyinə ekskursiya təşkil olunmuşdur

 

Fevralın 5-də Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin 30 yanvar 2020-ci il tarixli əmri ilə təsdiq edilmiş “Tədbirlər planına” uyğun olaraq, təhsil müəssisələrində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-cı ildönümünün qeyd edilməsi ilə əlaqədar Naxçıvan şəhər 1, 8 və 16 nömrəli tam orta məktəb şagirdlərinin iştirakı ilə Dövlət Bayrağı Muzeyinə ekskursiya təşkil olunmuşdur. Ekskursiya zamanı şagirdlərə çatdırılmışdır ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan tarix boyu həmişə Azərbaycan dövlətçiliyinin əsas mərkəzlərindən biri olmuşdur.

Uzun əsrlər boyu Naxçıvanı Azərbaycanın əsas ərazisindən ayırmaq, torpaqlarını ələ keçirtmək uğrunda müxtəlif cəhdlər olmuşdur.

1921-ci ilin Moskva və Qars müqavilələri Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika kimi qalmasını beynəlxalq hüququn şərtləri əsasında birdəfəlik həll etmişdir. Bu beynəlxalq müqavilələr Azərbaycanın ərazi bütövlüyünü təmin edən hüquqi sənədlər kimi mühüm əhəmiyyətə malikdir. Bütün bunlardan sonra Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması 9 fevral 1924-cü ildə sovet rejimi çərçivəsində baş tutsa da, ölkənin ərazi bütövlüyünün təmin edilməsi baxımından Azərbaycan dövlətinin mühüm nailiyyətlərindən biri sayılmağa layiq olan tarixi hadisədir. Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil etmişdir. Bu status ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdəki siyasi fəaliyyəti dövründə Naxçıvanın xalqımızın suveren hüquqlarının təmin edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilmişdir. Bu gün Naxçıvan bütün ölkədə aparılan quruculuq işlərində fəal iştirak edir. Hazırda Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycan dövlətinin tərkibində özünün böyük intibah dövrünü yaşayır.

Muzeydə XIX əsrə aid Kəngərli süvari dəstəsinin döyüş bayrağı, XII əsr Eldənizlər dövlətinin bayrağı, Naxçıvan xanlığının gerbi və bayrağı, Kəngərli süvarilərinin fəxri bayrağı, Naxçıvan qəzasının gerbi, Naxçıvan bəy drujinasının bayrağı, Naxçıvanda zərb olunmuş sikkələrin fotosurətləri, eləcə də müxtəlif dövrlərə aid dövlət bayraqları və digər dəyərli eksponatlar barədə şagirdlərə ətraflı məlumat verilmişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg