• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1428
mod_vvisit_counterDünən1396
mod_vvisit_counterBu həftə7933
mod_vvisit_counterBu ay21701
mod_vvisit_counterÜmumi2538517

Tarix: 18 May, 2024

Babək rayon ümumi təhsil məktəblərində yetkinlik yaşına çatmayanlarla profilaktik söhbət aparılmışdır


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi,  Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təsdiq etdiyi tədbirlər planına uyğun olaraq 03 fevral 2020-ci il tarixdə Babək Rayon Polis Şöbəsinin əməkdaşı Kamran Gözəlovun, Təhsil Şöbəsinin əməkdaşı Toğrul Kərimovun, Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyevin iştirakı ilə Nehrəm 1,  2  və 3 nömrəli kənd tam orta məktəblərində maarifləndirici tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Kamran  Gözəlov açaraq bildirmişdir ki, yetkinlik yaşına çatmayanların milli mənəvi dəyərlər, vətənpərvər ruhda tərbiyə edilməsi, asudə vaxtlarında idman yarışlarının təşkil edilməsi və idmana cəlb edilmələri vacib istiqamətlərdən biridir. Tədbirdə şagirdlərin  sosial şəbəkələrdən təhlükəsiz istifadəsi, sosial şəbəkələrdən Naxçıvanın turizm potensialı istiqamətində istifadə edilməsi və zərərli informasiyalardan qorunmaları  məqsədilə hüquqi profilaktiki söhbətlər aparılmışdır. Sağlam həyat tərzi, eləcə də tütün məhsullarının istifadəsinin zərərli təsirləri, erkən nikah mövzusunda çıxışlar olmuş, şagirdlərə bu kimi zərərli vərdişlərindən uzaq olmaları aşılanmışdır.

Tədbirin vacib istiqamətlərindən biri də ümumi təhsil müəssisələrində oxumağa həvəsi olmayan və çətin tərbiyə olunan şagirdlərin müəyyən edilib müxtəlif peşələrə yiyələnməsi üçün Peşə liseyinə cəlb edilmələrini təmin etməkdir.

Tədbirdə şagirdləri maraqlandıran bir sıra suallar cavablandırılmışdır.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg