• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1132
mod_vvisit_counterDünən1396
mod_vvisit_counterBu həftə7637
mod_vvisit_counterBu ay21405
mod_vvisit_counterÜmumi2538221

Tarix: 18 May, 2024

Fizika, kimya və biologiya fənləri üzrə laborator-təlimdə iştirak edən müəllimlərə sertifikatlar təqdim edilib


Muxtar respublika ümumtəhsil məktəblərində fizika, kimya və biologiya fənlərini tədris edən və 27-31 yanvarda  Naxçıvan Dövlət Universitetində laborator-təlimdə iştirak edən müəllimlərə sertifikatlar təqdim edilib.

Naxçıvan Dövlət Universitetinin rektoru  Elbrus İsayev çıxış edərək qeyd etmişdir ki, bu gün təhsilə göstərilən diqqət və qayğı ən yüksək səviyyədədir. Ali təhsil müəssisələri ilə ümumtəhsil məktəbləri arasında yaradılan geniş əlaqələr həm müəllim potensialının güclənməsinə, həm də səmərəliliyinin artmasına stimul yaradır.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasında təhsil və ixtisaslı mütəxəssis hazırlığı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının, təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasının, 200-dən çox təhsil müəssisəsinin tikilməsi və ya yenidənqurulmasının, elektron lövhə və kompüterlərlə, dərsliklərlə, fənn kabinələri və laboratoriyalarla təminatının nəticəsidir ki, təhsilin keyfiyyəti hər il yüksəlir, ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricilərində davamlı artım dinamikası müşahidə edilir.

Vurğulanmışdır ki, ümumtəhsil məktəblərində dəqiq elmlərin tədrisi səviyyəsinin yaxşılaşdırılması, müəllimlərin peşə hazırlıqlarının yüksəldilməsi, şagirdlərin bu sahədəki bilik və qabiliyyətlərinin artırılması diqqətdə saxlanılır.

Təhsil naziri qeyd etmişdir ki, müəllimlərin ümumtəhsil məktəblərində yaradılan laboratoriyalardan tədris prosesində səmərəli istifadəni təşkil etmək və müəllimlərin praktik bacarıqlarının artırılması məqsədilə Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə muxtar respublika üzrə ümumtəhsil məktəblərinin fizika, kimya və biologiya müəllimləri üçün 5 günlük laborator-təlim təşkil olunmuşdur. Təlimdə hər ixtisasdan 30 nəfər olmaqla, ümumilikdə 90 müəllim iştirak etmiş, onlar təlimi uğurla başa vurmuşlar. Bu gün həmin müəllimlərə sertifikatların təqdimatı həyata keçirilir.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edildi.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg