• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1057
mod_vvisit_counterDünən1396
mod_vvisit_counterBu həftə7562
mod_vvisit_counterBu ay21330
mod_vvisit_counterÜmumi2538146

Tarix: 18 May, 2024

Muxtar respublikanın təhsil müəssisələrində 1293 gənc müəllim fəaliyyət göstərir

Yanvarın 31-də “2 Fevral-Gənclər Günü” ilə bağlı ümumtəhsil məktəblərində səmərəli fəaliyyəti ilə fərqlənən gənc müəllimlərlə və işə qəbulla bağlı keçirilən müsabiqədə yüksək nəticə göstərərək vakant yerlərə təyin olunacaq gənc kadrlarlagörüş keçirilmişdir. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə 200-dən çox gənc müəllim və yeni kadr iştirak etmişdir.

Tədbirdə Təhsil naziri Rəhman Məmmədov gənc müəllimləri “2 Fevral - Gənclər Günü” münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Rəhman Məmmədov gənclər siyasətinin dövlətin əsas prioritetlərindən biri olduğunu bildirərək qeyd etmişdir ki, əsası ümummilli liderimiz tərəfindən qoyulan gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən keyfiyyətcə yeni mərhələyə yüksəldilmiş, ölkəmizdə bu sahədə mühüm tədbirlər həyata keçirilmiş, gənclərlə bağlı inkişaf strategiyası və müxtəlif illərdə dövlət proqramları qəbul edilmişdir. Dövlət başçısının gəncliyə göstərdiyi qayğının nəticəsində bu gün Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ölkəmizin gələcəyinin təminatına çevrilən gənclik formalaşmış, gənclər cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilmişdir.

Rəhman Məmmədov Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində Naxçıvan Muxtar Respublikasında da dövlət gənclər siyasətinin uğurla davam etdiyini vurğulayaraq qeyd etmişdir ki,muxtar respublikada gənclərin potensialından respublikamızın mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakı, irəli çəkilməsi və onların xidmətlərinin qiymətləndirilməsi diqqətdə saxlanılır, gənclərə bütün sahələrdə, o cümlədən yaxşı təhsil almaları üçün hər cür şərait yaradılır.

Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə bilik və bacarıqları qiymətləndirilmiş müəllimlərin əməkhaqlarının artırılması, müəllimlərin işə qəbulu, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi,  eyni zamanda muxtar respublikada pedaqoji profilli ixtisasları bitirərək ucqar dağ kəndlərində pedaqoji fəaliyyətə başlayan gənclərə stimullaşdırıcı tədbirlərin tətbiq edilməsi, təhsil müəssisələrində müvafiq vəzifələrə təyinatda innovativ və müasir düşüncəli gənclərə üstünlük verilməsi muxtar respublikada gəncliyə göstərilən dövlət qayğısının bariz nümunələridir.

Vurğulanmışdır ki, muxtar respublikada təhsil sahəsində həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllimlik peşəsinə maraq əhəmiyyətli şəkildə artmış, onlar arasında sağlam rəqabət və motivasiya güclənmiş, müəllimlik rəqabətli bir peşəyə çevrilmişdir. Ötən tədris ilində 500 və daha artıq bal toplayanlardan 104-nün, ümumilikdə isə 740 məzunun pedaqoji profilli ixtisasa qəbul olunması bunun əyani ifadəsidir.

Qeyd olunmuşdur ki, muxtar respublikada gənclərin işlə təminatına göstərilən qayğı səriştəli, bacarıqlı kadrların məktəbə gəlməsinə, müəllimlərin ehtiyac olan təhsil müəssisələrində yerləşdirilməsinə stimul vermişdir. Hazırda muxtar respublikanın təhsil müəssisələrində yaşı 29-dək 6 direktor, 30 direktor müavini, 27 hərbi rəhbər, 59 Uşaq Birliyi Təşkilatı rəhbəri, 53 psixoloq, 35 laborant, 44 kitabxana müdiri, 1196 müəllim, Şəhər və Rayon Təhsil şöbələrində isə 15 dövlət qulluqçusu, 3 metodist olmaqla ümumilikdə 1293 gənc kadr fəaliyyət göstərir.

Nazir bildirmişdir ki, ümumtəhsil müəssisələrinə işə qəbul üçün 4-ü müəllimlərin, 2-si isə vəzifəlilərin olmaqla, ümumilikdə 6 müsabiqə keçirilmiş, həmin vəzifələrə müsabiqələrdə ən yüksək bal toplayan 279 müəllim və 85 gənc kadr təyin olunmuşdur. Təhsil Nazirliyi tərəfindən 2019-2020-ci tədris ili üçün keçirilən ikinci  müsabiqə yanvar ayında olmuş, müsabiqəyə 229 yer çıxarılmışdır. 9-24 yanvar 2020-ci il tarixlərdə keçirilmiş imtahanlarda 65 gənc kadr ən yüksək keçid balını toplamışdır ki, onlar fevralın 3-dən etibarən ixtisasları üzrə müəllim kimi fəaliyyətə başlayacaqdır. Nazir ucqar dağ kəndlərində işləməyə maraq göstərənlərə yaradılan şəraitdən və tətbiq olunan stimullaşdırıcı tədbirlərdən danışmış, stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri seçən gənclərin sayının çox olmasının həmin təhsil müəssisəsində yaradılmış yüksək təhsil şəraiti və yaşayış məntəqələrinin günü-gündən müasirləşməsi nəticəsində mümkün olduğunu bildirmişdir.

Nazir gənc şagirdlərin milli dəyərlər əsasında formalaşmasında hər bir müəllimin üzərinə düşən vəzifələrdən danışıb, çıxışının sonunda müəllimlərə muxtar respublikamızın sabahı naminə fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə gənc müəllimlərdən Ordubad rayon Vənənd kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Surə Ağayeva və müsabiqədə yüksək bal toplayaraq Şahbuz rayom Türkeş kənd tam orta məktəbinə informatika müəllimi olaraq yeni işə qəbul olan Ramilə Həsənova çıxış edərək  muxtar respublikada təhsilin inkişafı və gənclərin işlə təmin olunması üçün yaradılan yüksək şəraitdən, gənclərə göstərilən qayğıdan danışmışlar, bu diqqət və qayğıya görə gənclər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə səmərəli fəaliyyəti ilə fərqlənən gənc dövlət qulluqçularına, məktəb rəhbərlərinə vəgənc müəllimlərədiplom verilmiş,  “Oxunması zəruri olan kitablar” və hədiyyələrlə mükafatlandırılmışlar.Müsabiqədə yüksək nəticə göstərən gənc kadrlaraisə “Pedaqoji fikir tarixindən” kitabı, ixtisasları üzrə metodik vəsait və hədiyyələr təqdim edilmişdir. Tədbir bədii hissə ilə davam etmiş, bədii hissədə Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Xalqın müəllimi” filmi nümayiş olunmuş, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərimusiqi və rəqs nömrələri ilə çıxış etmişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg