• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1428
mod_vvisit_counterDünən1396
mod_vvisit_counterBu həftə7933
mod_vvisit_counterBu ay21701
mod_vvisit_counterÜmumi2538517

Tarix: 18 May, 2024

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yeni yaradılan ebru sənəti dərnəyinin “Təkrarolunmaz rənglər” mövzusunda rəsm sərgisi keçirilib

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Murad Babayev  müəllim və şagirdləri salamlayaraq sərgi iştirakçılarına uğurlar arzulayıb. Bildirilib ki, Muxtar Respublikada uşaq və gənclərin istedadlarının üzə çıxarılması, asudə vaxtlarının  və tərbiyələrinin düzgün təşkili, yaradıcılıq mühitində böyüməsi, onların yüksək səviyyədə təhsil alması üçün zəruri şəraitin yaradılması daim diqqət mərkəzində saxlanılır. 2019-2020-ci tədris ilinin oktyabrında uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin tapşırığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 12 adda yeni innovativ dərnəklər yaradılıb. Yeni yaradılan dərnəklər zəruri avadanlıqlarla təchiz olunmuş və mərkəzdə nümunəvi tədris şəraiti yaradılmışdır.

Yeni yaradılan dərnəklər üçün əlverişli şərait məktəblilərin elmi-texniki biliklərə, yüksək texnologiyaların öyrənilməsinə maraq yaradır, onlarda mühəndisliyə, ən son proqram təminatlarından istifadə etmək bacarığına və  riyazi-məntiqi təfəkkürün inkişafına, sağlam böyümələrinə, təhsil müəssisələrində əldə etdikləri bilikləri möhkəmləndirməyə və xalq yaradıcılığı, dekorativ tətbiqi sənət növlərini öyrənməyə və ən əsası gələcəkdə müstəqil peşə seçməklərinə geniş imkanlar açır.

Vurğulanıb ki, yeni yaradılan dərnəklərin hər birinə məktəblilərin çox böyük marağı var. Şagirdlər dərnəklərdə asudə vaxtlarını səmərəli və maraqlı keçirməklə yanaşı, dərnəklərdə qazandıqları yeni biliklərlə dərslərində müvəffəqiyyət qazanır, hazırladıqları əl işlərini isə müxtəlif sərgi və tədbirlərdə nümayiş etdirirlər.

O cümlədən, sərgisi təşkil olunan məktəblilərin sevimli dərnəklərindən biri olan Ebru sənəti dərnəyində də şagirdlərin həvəslə və sevərək öyrəndikəri, su üzərində təbii boyalarla çəkdikləri əl işləri keçirilən tədbirlərdə sərgilənir və həmçinin canlı nümayiş olunur.

Qeyd olunub ki, Muxtar Respublikada ilk dəfə olaraq yeni yaradılan dərnək vasitəsilə məktəblilərin Ebru sənət sərgisi keçirilir. Bundan sonra da digər sərgilər kimi məktəblilərin ebru sərgisi davamlı olaraq hər tədris ili keçiriləcəkdir. Sərgidə 20 dərnək üzvünün müxtəlif çeşnilərdə  “Çiçəkli ebru”, “Bülbül yuvası ebru”, “Şal ebru”, Gəl-get ebru”, “Batal ebru”, “Daraqlı ebru” olmaqla 50 mövzuda ebru əl işləri nümayiş olunub.

Sərgi müddətində ebru dərnəyinin üzvləri su üzərində rəngli boyalarla tədbir iştirakçılarına canlı təsvirlər nümayiş etdiriblər. Sərgi bir həftə məktəblilər üçün açıq olacaq.

Sonda sərgi münasibətilə iştirakçılara diplomlar təqdim edilib, sərgiyə baxış olub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg