• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün915
mod_vvisit_counterDünən1093
mod_vvisit_counterBu həftə2008
mod_vvisit_counterBu ay25837
mod_vvisit_counterÜmumi2493102

Tarix: 16 Apr., 2024

“Məktəb idarəçiliyi və sənədləşmə işləri” mövzusunda seminarlara başlanıldı

Təhsildə daim təkmilləşdirilməyə ehtiyac duyulan istiqamətlərdən biri təhsilin idarə olunmasıdır ki, onun da əsas istiqamətləri təlim-tərbiyə işinin düzgün planlaşdırılması, tədris-pedaqoji,  məktəb sənədlərinin aparılması və saxlanması, kargüzarlığın təşkilidir. Bu mənada Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəbinə rəhbərliyin səviyyəsinin yüksəldilməsi, məktəb sənədlərinin və kargüzarlığın təlimata uyğun aparılması, dövlət nümunəli təhsil sənədlərinin vaxtında  və düzgün işlənilməsi, sənəddəki məlumatların düzgünlüyü üçün vəzifəli şəxsin məsuliyyəti, eləcə də  Şəhər və Rayon Təhsil şöbələrinin dövlət qulluqçularının əmək funksiyalarına dair seminarlar davam etdirilir.

27 yanvar 2020-ci il tarixdə Babək rayon mədəniyyət evində “Məktəb idarəçiliyi və sənədləşmə işləri” ilə bağlı seminar keçirilmişdir. Təhsil şöbəsinin əməkdaşlarının, məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin və təşkilatçıların iştirakı ilə keçirilən seminarda Təhsil Nazirliyi Aparatının şöbə müdiri Abdulla Əsgərov “Məktəb sənədlərinin aparılması və saxlanması”, aparıcı məsləhətçi Nilgün İbrahimova “Təhsil müəssisələrində kargüzarlıq işinin təşkili”, hüquqşünas Aygün Məmmədova “Dövlət qulluğu ilə bağlı normativ hüquqi sənədlər və qanunvericiliyin pozulmasına görə məsuliyyət” mövzularında geniş məlumat vermişlər.

Təhsil Nazirliyinin əməkdaşları məktəbin idarə olunmasında istifadə olunan hüquqi-normativ sənədlərin və kargüzarlığa dair kitabların düzgün və dəqiq işlənilməsi üsullarını slaydlar vasitəsilə iştirakçılara təqdim etmişdir.  Seminarda kadr sənədlərinin, şagirdin şəxsi işinin, sinif və dərsdənkənar məşğələ jurnalının, ümumi və tam orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi,  pedaqoji  işçilərin  şəxsi heyətinin uçotu, məktəbin pedaqoji şurasının protokolu,  buraxılan və əvəzedilən dərslərin uçotu, inventarizasiya, əlifba və əmr kitablarının işlənilməsi qaydaları nümunələrlə izah edilmişdir.

Qeyd olunmuşdur ki, təhsil müəssisələrində sənədləşmə işlərinin keyfiyyətinin yüksəldilməsi, məktəb rəhbərlərinin, eləcə də Təhsil şöbəsinin əməkdaşlarının bu sahədə yüksək səriştəyə malik olması məqsədilə keçirilən seminarda qeyd olunanlar gündəlik fəaliyyətdə tətbiq edilməli, məktəb rəhbərləri sənədləşmə işlərində təlimatı qaydalara əməl etməlidir.

Sonra Nazirliyin hüquqşünası dövlət qulluğu ilə bağlı normativ hüquqi sənədlər, dövlət qulluqçusunun şəxsi işinin tərtib edilməsi qaydaları və qanunvericiliyinin pozulmasına görə vəzifəli şəxslərin məsuliyyəti haqqında seminar iştirakçılarına ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq staj, sınaq müddəti gözlənilmədən, ixtisas dərəcəsi verilmədən dövlət qulluqçusunun vəzifəsinin dəyişdirilməsi yolverilməzdir. Kadr anketlərdə bütün məlumatlar tam doldurulmalı, boş hissə saxlanmamalı, arayış və anketlərə vurulan şəkillər qanunauyğun ölçüdə və formada olmalıdır. Həmçinin təşkilatlarda kadrlarla bağlı vəzifə dəyişiklikləri olduğu gün məlumatların qeydiyyatı aparılmalıdır. Hər bir vəzifəli şəxsin sənədləşmə işlərinə görə məsuliyyəti ilə bağlı məlumat verərək bildirlmişdir ki, məktəbin üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsi və onun fəaliyyətinin nəticələri tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərində, statistik hesabatlarda, kargüzarlığının təşkilinə dair kitablarda əks olunduğundan məktəb sənədləri vaxtında, aydın, dəqiq yazılmalı, məlumatların düzgünlüyünə şübhə doğuran düzəliş və qaralama olmamalıdır.

Seminarın sonunda mövzularla bağlı suallar cavablandırılıb, tədbir iştirakçılarına əmr nümunələri, məktəb və kargüzarlıq sənədlərinin işlənilməsi qaydalarına, dövlət qulluğu ilə bağlı normativ-hüquqi sənədlərə dair elektron nümunələr təqdim olunub.

Seminar muxtar respublikanın digər Rayon Təhsil şöbələrində də keçiriləcəkdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg