• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1270
mod_vvisit_counterDünən703
mod_vvisit_counterBu həftə5912
mod_vvisit_counterBu ay1973
mod_vvisit_counterÜmumi2518789

Tarix: 02 May, 2024

Dərsliklərin müzakirəsi davam etdirilir

17 yanvar 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan  Universitet”ində ümumtəhsil məktəblərinin müəllimləri, Universitetin professor və müəllim heyətinin iştirakı ilə IX sinif Coğrafiya dərsliyinin müzakirəsi keçirilmişdir.

Müzakirədə iştirak edən Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı və tədrisin yüksəldilməsi üçün həyata keçirilən tədbirlərdən danışmışdır. Qeyd edilmişdir ki, aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə" keçirilmiş müşavirədə Ali Məclisin Sədri tərəfindən verilmiş tapşırıqlar da tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.

Verilmiş tapşırıqların icrasının təmin olunması məqsədilə Təhsil Nazirliyi ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsini həyata keçirir. Təhsil Nazirliyi tərəfindən hazırlanmış qrafikə uyğun olaraq, növbəti müzakirə ümumtəhsil məktəblərinin qabaqcıl Coğrafiya müəllimləri, “Naxçıvan Universitet”inin Coğrafiya kafedrasının əməkdaşları və Universitetin “Coğrafiya müəllimliyi” ixtisasının IV kurs tələbələrinin iştirakı ilə IX sinfin coğrafiya dərsliyinə həsr olunmuşdur. Müzakirələrin sonunda rəy və təkliflər hazırlanacaq ki, bu da IX sinif coğrafiya  dərsliyinin təkmilləşdirilməsinə öz töhfəsini verəcəkdir.

Tədbirdə “Naxçıvan Universitet”inin prorektoru Hüseyn Bağırsoylu çıxış edərək bildirdi ki, bu dərslik müzakirələrinin əsas məqsədi orta məktəblərdə tədris olunacaq mövzular şagirdlər tərəfindən tam mənimsənılsın.

Sonra IX sinif Coğrafiya dərsliyinin müzakirəsinə başlanıldı. İştirakçılar dərsliyin həm keyfiyyətcə, həm də məzmunca yüksək səviyyədə hazırlandığını qeyd etməklə yanaşı, bir sıra çatışmamazlıqların da olduğunu qeyd etmişlər. Bildirilmişdir ki, dərslikdə ardıcıllıq tam gözlənilməmiş, test tapşırıqları azlıq təşkil edir, bəzi rəqəmlər düzgün verilməmiş və bəzi terminlər şərhi  verilmişdir.

Müzakirələrdən sonra yekun təkliflər hazırlanaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə təqdim olundu.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg