• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün2400
mod_vvisit_counterDünən703
mod_vvisit_counterBu həftə7042
mod_vvisit_counterBu ay3103
mod_vvisit_counterÜmumi2519919

Tarix: 02 May, 2024

Xatirə Muzeyində açıq dərs keçirilmişdir

16 yanvar 2020-ci il tarixdə Xatirə Muzeyində Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Azadlıq uğrunda mübarizə” mövzusunda açıq dərs keçirilmişdir. Açıq dərsdə qeyd olunmuşdur ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin növbəti mərhələlərindən biri idi.

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il keçir. Keçmiş sovet imperiyasının hərb maşınlarının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzü insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı basqın nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, “Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. Həmin gecədə həlak olmuş vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı müstəqilliyi üçün yol açdılar.

20 Yanvar faciəsinə ilk rəsmi münasibəti bildirən ulu öndər Heydər Əliyev həmçinin bu hadisəyə siyasi-hüquqi qiymət verdi. 1990-cı il 21 yanvarda xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xaincəsinə törədilmiş 20 Yanvar faciəsi ilə əlaqədar çıxış etmiş, bu barədə məlumatı bütün dünyaya bildirmiş, cinayətkarları və xüsusilə, SSRİ rəhbərliyini ağır ittiham etmişdi. Vətənimizdə hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu 20 Yanvar qəhrəmanları və Ermənistan hərbi hücumlarına qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır.

Hər il yanvarın 20–də minlərlə insan vətəninin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün müqəddəs olan Şəhidlər Xiyabanını ziyarət edirlər.

Sonda isə muzeyin ekspozisiya zalına baxış olunmuş, şəhidlərimiz barədə şagirdlərə ətraflı məlumat verilmişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg