• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1016
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə5352
mod_vvisit_counterBu ay33730
mod_vvisit_counterÜmumi2464219

Tarix: 29 Mart, 2024

Kəngərlidə “20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir” adlı tədbir keçirilib

15 yanvar 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin və Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Mədəniyyət Sarayında “20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir” adlı tədbir keçirilib. Tədbirin iştirakçıları əvvəlcə 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxıblar.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı və Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva çıxış edərək bildiriblər ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, XX yüzillik Azərbaycan xalqının taleyinə, tarixinə ən qanlı hadisələrlə, faciələrlə, misli görünməmiş soyqırımlarla yanaşı, müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və qəhrəmanlıq, eləcə də milli oyanış və özünüdərk əsri kimi də daxil olub. Vurğulanıb ki, 20 yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi xüsusi qərarda yanvarın 20-si Ümumxalq Hüzn Günü elan edilib. Tədbirdə rayonun ümumtəhsil məktəblərinin direktorları, təşkilatçıları, uşaq birliyi təşkilat rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirdə məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub və vətənpərvərlik mövzusunda şeirlər bədii qiraət olunub. Sonda 20 Yanvar faciəsinə həsr olunmuş videomaterial nümayiş olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg