• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün590
mod_vvisit_counterDünən417
mod_vvisit_counterBu həftə590
mod_vvisit_counterBu ay46202
mod_vvisit_counterÜmumi2513467

Tarix: 29 Apr., 2024

Ordubad şəhər tam orta İnternat Məktəbində bayram tədbiri keçirilmişdir

 

“31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramı münasibətilə Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Mədəniyyət nazirliklərinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ordubad şəhər M.Füzuli adına tam orta İnternat Məktəbində tədbir keçirilmişdir.

Tədbirdə aparıcılar tədbirin əhəmiyyətini vurğulayaraq qeyd etmişlər ki, “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsi olmuşdur.

Bildirmişlər ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabrın - Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilmişdir.

Çay süfrəsi ətrafında keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov muxtar respublikamızda uşaqlara göstərilən diqqət və qayğıdan ətraflı  bəhs  etmiş,  uşaqları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri adından  təbrik etmişdir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış edərək bildirmişlər ki,  muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərilir. Onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Çıxışlarının sonunda uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik etmiş, onlara təhsillərində, gələcək həyatlarında uğurlar arzulamışlar.

Sonra təşkilatçılar tərəfindən tədbirdə iştirak edən uşaqlara hədiyyələr verilmişdir. Tədbirin bədii hissəsində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının ak­tyorlarının ifasında səhnəciklər nümayiş etdirilmiş, Naxçıvan şəhər Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Gənc Heydərçilər” dərnəyinin üzvləri, nağaraçalanlar ansanblının, vokal qrupunun, “Əlvan çiçəklər” mahnı və rəqs ansanblının və digər dərnək üzvlərinin, eləcə də Ordubad rayon Uşaq bağçasının balaca fidanlarının bir- birindən  maraqlı çıxışları   olmuşdur.

Həmçinin tədbirdə  Şaxta baba və Qar qızın gəlişi uşaqların sevincinə səbəb olmuşdur. Onlar uşaqlara  hədiyyələr  paylamış, uşaqlarla birgə rəqslər etmiş, əylənmişlər. Eyni zamanda uşaqlar yeni ilin gəlişinə, şaxta baba və qar qıza aid şeirlər söyləmişlər. Uşaqlar bayram şənliyindən xoş əhval-ruhiyyə ilə ayrılmışlar.

Tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Ebru sənəti” və “Rəsm” dərnəyi üzvlərinin sərgisi nümayiş olunmuşdur.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg