• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün215
mod_vvisit_counterDünən417
mod_vvisit_counterBu həftə632
mod_vvisit_counterBu ay45827
mod_vvisit_counterÜmumi2513092

Tarix: 29 Apr., 2024

Naxçıvan Qarnizonu tam orta məktəbində şagirdlərin mükafatlandırılması tədbiri keçirilib

Naxçıvan Qarnizonu tam orta məktəbində tədris ili müddətində ənənəvi olaraq hər ayın sonunda sınaq test imtahanlarında, viktorinalarda, intellektual yarışlarda, yazı, şeir, rəsm, idman və digər yarışlarda fərqlənən şagirdlərin mükafatlandırılması tədbiri keçirilir. Bu gün də dekabrın 29-da ay ərzində müxtəlif tədbirlərdə fərqlənən məktəb şagirdlərinin təltif olunması mərasimi keçirildi. Tədbirdə məktəbin direktoru Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov ilk olaraq tədbir iştirakçılarını qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və təvqim ili olan “Yeni il” bayramları münasibəti ilə təbrik etdi.

Qeyd etdi ki, bu gün təhsilin, məktəbin, böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafı dövlətimizin diqqətində olan prioritet sahələrindəndir. Bu gün tikilən, əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələrinin, idman qurğularının, komplekslərin, məktəbdənkənar müəssisələrin sayı günbəgün artmaqdadır. Yaradılan şəraitin nəticəsidir ki, şagirdlərin həm təhsildə, həm də müxtəlif müsabiqə və yarışlarda əldə etdikləri nəticələri hər birimizdə xoş ovqat yaradır. Naxçıvan Qarnizonu tam orta məktəbin pedaqoji kollektivi daim dövlət qayğısını öz üzərində hiss edərək, şagirdlərin təlim-tərbiyəsi, hərtərəfli inkişafı, sağlamlığı qayğısına qalmasını vəzifə məsuliyyəti kimi dərk edir, fəaliyyətlərini bu istiqamətdə qururlar. Elə bunun nəticəsidir ki, əldə olunan müfəfəqiyyətlər pedaqoji kollektivi daha yaxşı fəaliyyətə sövq edir.

Son zamanlar mütəmadi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Oxunması zəruri olan kitab” larla bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəbləri arasında ayda bir dəfə olmaqla viktorina keçirilir. Bu addım bütün təhsil müəssisələrində olduğu kimi, məktəbimizin şagirdlərinin də böyük marağına səbəb olmuşdur. Bu marağın nəticəsidir ki, şagirdlərimiz adı çəkilən viktorinada ötən ay muxtar respublika məktəbləri arasında I yerə, bu ay isə III yerə layiq görülmüşlər. Həmçinin “Poliqon” intellektual oyununda məktəbin “Turan” komandası I yeri tutmuşlar. Təhsil nazirliyinə birbaşa tabe olan təhsil müəssisələri arasında keçirilən “Dram müsabiqəsin” ndə II yerə layiq görülmüşdür. Sonra məktəbin direktoru Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “ İstedad XXI əsr” kursu tərəfindən IV-VIII siniflərdə və eləcə də məktəbdaxili sınaq test imtahanlarında fərqlənən şagirdlərin bir qisminin əldə etdiyi nəticələrin ürəkaçan olması pedaqoji kollektivin, fənn müəllimlərinin və validenlərin sevincinə səbəb olmuşdur. Tədbirdə yuxarıda adı çəkilən müsabiqələrdə təltif olunan şagirdlərlə yanaşı, eləcə də rəsm, şeir, inşa yazı, fərdi və kollektiv oyunlarda, gündəlik dərslərdə fərqlənən şagirdlər də mükafatlandırıldı.

Tədbirin sonunda təltif olunan şagirdlərlə xatirə şəkli çəkdirildi.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg