• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1023
mod_vvisit_counterDünən703
mod_vvisit_counterBu həftə5665
mod_vvisit_counterBu ay1726
mod_vvisit_counterÜmumi2518542

Tarix: 02 May, 2024

Kəngərli rayonunun Böyükdüz kəndi inkişafın yeni mərhələsində

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan davamlı inkişaf dövrünü yaşayır. Həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar və aparılan quruculuq işləri ölkəmizdəki sabitliyi, inkişafı və ən əsası dövlət-xalq birliyini möhkəmləndirir. İnsanların rifahına hesablanmış kompleks islahatlar Heydər Əliyev siyasi xəttinin bəhrəsi kimi xalqımızın həmrəyliyini daha da gücləndirir. Naxçıvan Muxtar Respublikasında da yaşayış məntəqələri müasir görkəmə qovuşub, insanların rahat yaşayışı təmin edilib.

Dekabrın 28-də - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Kəngərli rayonunun Böyükdüz kəndində yeni sosial obyektlər istifadəyə verilib.

Böyükdüzdə yeni məktəbin açılışı olub


Dekabrın 28-də Böyükdüz kənd tam orta məktəbi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını bildirən lenti kəsib, yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün geniş imkanların yaradıldığı müasir tipli məktəb 342 şagird yerlikdir. İki mərtəbəli yeni təhsil ocağında 21 sinif otağı, hərbi kabinə, kimya, biologiya və fizika laboratoriyaları, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı vardır. Məktəbdə internetə çıxışı olan 22 kompüter və 3 elektron lövhə quraşdırılıb.

Muxtar respublikanın məktəblərində yaradılan kitabxanalar şagirdlərin mütaliə imkanlarını genişləndirir, dünyagörüşlərini artırır. Məktəbin kitabxana fondunda 3040-ı dərslik və 2660-ı bədii ədəbiyyat olmaqla 5700 kitab vardır. Burada “Oxunması zəruri olan kitablar”dan ibarət guşə yaradılıb, məktəbəhazırlıq qrupları üçün tədris vəsaitləri qoyulub.

Məktəbin müəllimlərindən Nərminə Məmmədova və Sədaqət Muradova gənc nəslin təhsili üçün yaradılan şəraitə görə minnətdarlıq ediblər.

Ali Məclisin Sədri laboratoriyalarda, şahmat sinfində, idman zalında və hərbi kabinədə dərslərin tədrisi ilə maraqlanıb, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin, fiziki hazırlığının və dəqiq elmlərə marağının artırılmasının vacibliyini qeyd edib.

Elektron lövhəli sinifdə Xan Sarayı Dövlət Tarix-Memarlıq Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərs izlənib.

Sonra Ali Məclisin Sədri müəllimlər otağında məktəbin pedaqoji kollektivi ilə görüşüb.

Böyükdüz kənd tam orta məktəbinin direktoru Solmaz Quliyeva çıxış edərək deyib ki, həyata keçirilən quruculuq tədbirləri nəticəsində muxtar respublikamızın şəhər, rayon, qəsəbə və kəndlərində ən müasir infrastruktur yaradılıb. Təhsil sahəsində də mühüm işlər görülüb, müasir məktəb binaları tikilərək istifadəyə verilib. Çox şadıq ki, bu diqqət və qayğıdan Böyükdüz kəndinə də pay düşüb və kollektiv müasir məktəb binası ilə təmin olunub. Solmaz Quliyeva məktəbin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Məktəbin müəllimi Aygül Məmmədova Ali Məclis Sədrinin “Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir” fikrini xatırladaraq deyib: “Bu bir həqiqətdir ki, muxtar respublikada təhsil quruculuğu geniş vüsət alıb. Ali Məclis Sədrinin qayğısı ilə ən müasir tədris imkanları olan 200-dən artıq məktəb binası istifadəyə verilib. Muxtar respublikanın hansı kəndinə getsək, orada ən hündür bina məktəb binasıdır. Bu gün müəllimlər, o cümlədən şagirdlər və kənd əhalisi böyük sevinc içindədirlər. Çünki Böyükdüz müasir kəndlər sırasına qoşulub. Məktəbimiz yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilir. Müəllim və şagirdlər üçün yüksək tədris şəraiti yaradılıb. Bu qayğı biz müəllimləri daha yaxşı işləməyə ruhlandırır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Böyükdüz kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün Böyükdüz kəndinin həyatında əlamətdar gündür. Kənddə geniş quruculuq işləri aparılmış, məktəb, xidmət mərkəzi, həkim ambulatoriyası və yol istifadəyə verilmişdir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Dövlət haradan olursa olsun, nədən olursa olsun kəsib məktəb işinə sərf etməli, müəllim əməyinə qiymət verməlidir”. Bu gün ölkəmizdə həyata keçirilən tədbirlər nəticəsində təhsil sahəsində böyük nailiyyətlər qazanılmışdır. Azərbaycan savadlılıq səviyyəsi 100 faiz olan ölkələr sırasına daxil olmuşdur. Bu gün gənclərimiz ölkəmizlə yanaşı, həm də xarici dövlətlərin universitetlərində ali təhsil alır, Azərbaycanı uğurla təmsil edirlər. Həmin gəncləri yetişdirən isə məktəblər və müəllimlərdir. Böyükdüz kənd tam orta məktəbinin də son 5 ildəki nailiyyətləri onu deməyə əsas verir ki, məktəbdə nizam-intizam, müəllim tələbkarlığı və şagird çalışqanlığı vardır.

Ali Məclisin Sədri məktəbin nailiyyətlərinə görə kollektivə təşəkkür edərək deyib: Bu gün Böyükdüz kəndində müasir tədrisin tələblərinə tam cavab verən məktəb istifadəyə verilir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, dərslər qavrama yolu ilə öyrədilməli, müasir tədris metodları tətbiq edilməlidir. Yaradılan şərait tədrisin yaxşı əhval-ruhiyyədə və müasir tələblər səviyyəsində təşkilinə imkan verəcəkdir. Bütün bunlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sabitliyin, inkişafın və dövlət-xalq birliyinin bəhrəsidir. Bu gün ulu öndərin yolunun uğurla davam etdirilməsi sabitlik və inkişafı daha da möhkəmləndirir. Gənclərimiz Vətənə məhəbbət ruhunda tərbiyə olunmalı, müstəqilliyimiz və dövlətçiliyimiz, ulu Heydər Əliyev yolunun Azərbaycana bəxş etdiyi uğurlar onlara öyrədilməlidir.

Ali Məclisin Sədri deyib: Məktəb kollektivinin əməyi dövlətimiz tərəfindən qiymətləndirilmiş, bir müəllim “İlin ən yaxşı müəllimi” seçilmişdir. Yaradılan şəraitin müqabilində məktəb nailiyyətlərini daha da artıracaq, fərqlənən müəllimlərin əməyi qiymətləndiriləcək, Böyükdüz kənd tam orta məktəbi muxtar respublikamızın qabaqcıl təhsil ocaqları sırasında öz layiqli yerini tutacaqdır.

Ali Məclisin Sədri qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə kollektivi təbrik edib, tədrisdə uğurlar arzulayıb. Binanın həyətində bufet və fərdi qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, yaşıllıq salınıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg