• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün398
mod_vvisit_counterDünən1775
mod_vvisit_counterBu həftə8678
mod_vvisit_counterBu ay22446
mod_vvisit_counterÜmumi2539262

Tarix: 19 May, 2024

“Oxunması zəruri olan kitablar”la bağlı viktorina keçirildi

20 dekabr 2019-cu il tarixdə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında “Oxunması zəruri olan kitablar”la bağlı viktorinanın şəhər mərhələsi keçirilib.

Bildiyimiz kimi bütün biliklərin və mənəvi dəyərlərin ilkin mənbəyi kitabdır. “Oxunması zəruri olan kitablar” hər bir gəncin yoluna işıq salır.

Qeyd edək ki, viktorina üçün “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil edilən ədəbiyyatımızın klassik nümunələrindən “Kitabi-Dədə Qorqud” dastanı, Azərbaycan ədəbiyyatının karifeylərindən Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabı, dünya ədəbiyyatının incilərindən Cek Londonun “Həyat eşqi” hekayəsi və Teodor Drayzerin “Dahi” romanı əsasında suallar tərtib olunub.

Tədbirdə çıxış edən Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodkabinet müdiri Sabir Məmmədov iştirakçılara “Oxunması zəruri olan kitablar”ın gənc nəslə zəngin milli mənəvi dəyərlərimizin aşılanması, onlarda vətənpərvərliyin, tarixə, milli kökə bağlılığının formalaşdırılması və şagirdlərdə mütaliə təbliğinin inkişafına müsbət təsiri haqqında məlumat vermişdir.

Viktorinanın şərtləri ilə komandalar tanış edildikdən sonra yarışa start verilib. 4 tur və final mərhələsindən ibarət olan viktorinada hər mərhələdə komanda iştirakçılarına 16 sual təqdim olunub və sualların cavablandırılması üçün 1 dəqiqə vaxt ayrılıb.

Viktorinada Naxçıvan şəhər 16 ümumtəhsil məktəbi üzrə 64 şagird iştirak edirdi. Viktorinanın sonunda 11 nömrəli tam orta məktəbin komandası I yerə, 5 nömrəli tam orta məktəbin komandası II yerə və 8 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görüldülər.  Qalib olan komandalar Naxçıvan Şəhər Təhsil Şöbəsinin diplomları ilə təltif olundular.

Onu da qeyd edək ki, birinci yerin qalibi olan 11 nömrəli tam orta məktəbin komandası Naxçıvan Muxtar Respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən  viktorinada Naxçıvan şəhərini  təmsil edəcəkdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg