• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün965
mod_vvisit_counterDünən1100
mod_vvisit_counterBu həftə9654
mod_vvisit_counterBu ay5715
mod_vvisit_counterÜmumi2522531

Tarix: 04 May, 2024

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar Kəngərli rayon məktəbliləri arasında şeir müsabiqəsi keçirilib

11 dekabr 2019-cu il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar Kəngərli rayon məktəbliləri arasında şeir müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd olunması, şagirdlərdə vətənpərvərlik, Vətənə məhəbbət hisslərinin yüksəldilməsi, onlara vətəndaşlıq hisslərinin aşılanması və istedadlı şagirdlərin üzə çıxarılmasından ibarətdir.

Müsabiqədə Kəngərli Rayon Təhsil Şöbəsinin baş məsləhətçisi Nilufər Rzayeva çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilib. Bununla bağlı muxtar respublikada silsilə tədbirlər keçirilir. Vurğulanıb ki, gündən-günə gözəlləşən, yeni-yeni uğurlara imza atan qədim diyar bu gün 5 minillik tarixinin ən parlaq dövrünü yaşayır. Sonra rayonun 12 ümumtəhsil məktəbi üzrə 32 məktəbli Vətənə, vətənpərvərliyə həsr olunmuş şeirləri bədii qiraət edib. Bədii qiraət müsabiqəsinin qalibləri seçilmiş şeirin mövzuya uyğunluğu, məzmuna uyğun jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi və ifadəliliyi, təqdimetmə bacarığı meyarlarına görə 5 ballıq sistem üzrə müəyyənləşdirilmişdir. Müsabiqədə Qabıllı kənd tam orta məktəbinin VIII sinif şagirdi Əsgərova Həqiqət I, Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin III sinif şagirdi Bayramlı Aytac, Xok kənd tam orta məktəbinin V sinif şagirdi Məmmədova Sehri II, Qıvraq qəsəbə tam orta məktəbinin VIII sinif şagirdi Cəfərova Səma, Böyükdüz kənd tam orta məktəbinin X sinif şagirdi Quliyev Şahin və Teymurzadə Rəvanə III, Yurdçu kənd tam orta məktəbinin VIII sinif şagirdi Abbasova Günay, Böyükdüz kənd tam orta məktəbinin X sinif şagirdi Rəsulov Hakim, Yeni Kərki kənd tam orta məktəbinin VII sinif şagirdi Cəfərova Selay, Çalxanqala kənd tam orta məktəbinin III sinif şagirdi Məhərrəmli Sunay və Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin IV sinif şagirdi Əliyeva Sevgi isə həvəsləndirici yerə layiq görülüb. Şeir müsabiqəsinin qalibləri təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg