• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün979
mod_vvisit_counterDünən417
mod_vvisit_counterBu həftə979
mod_vvisit_counterBu ay46591
mod_vvisit_counterÜmumi2513856

Tarix: 29 Apr., 2024

Qarabağlar kənd 1 nömrəli tam orta məktəbdə Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabının müzakirəsi təşkil olunub

Kəngərli Rayon Təhsil Şöbəsinin ümumtəhsil məktəblərində “Oxunması zəruri olan kitabların müzakirələrinin və əsərlər haqqında essenin yazılması ilə bağlı təsdiq etdiyi qrafikə əsasən, 09 dekabr 2019-cu il tarixdə Qarabağlar kənd 1 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi   Sədrinin Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitablar Siyahısı”na daxil edilən Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabının müzakirəsi  təşkil olunub.

Müzakirədə məktəbin direktoru Dilguşə Qurbanova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamlara uyğun olaraq, ölkəmizdə, o cümlədən muxtar respublikada silsilə tədbirlər keçirildiyini vurğulayıb. O çıxışında bildirib ki, gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlı­lığın formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitablar haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi muxtar respublikanın təhsil müəssisələrində diqqət mərkəzində saxlanılır. Vurğulanıb ki, bu Sərəncam gənc nəsli həm milli vətənpərvər, həm də dünyəvi proseslərdən məlumatlı və dünya mədəniyyətinə yaxından bələd olmağa səsləyir.

Sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini Ruhəngiz Əliyeva, ibtidai sinif müəllimi Tərlan Muradova, kitabxana müdiri Aytəkin Məmmədova Ali Məclis Sədrinin “Oxunması zəruri olan kitablar”ın siyahısında Mirzə Cəlil hekayələrinin yer almasını ədibin irsinə verilən ən yüksək qiymətin təzahürü kimi dəyərləndiriblər. Diqqətə çatdırılıb ki, görkəmli yazıçı Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı kimi tanınıb.

Sonda şagirdlərin “Hekayələr” kitabında yer alan bədii nəsr nümunələri haqqında fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg