• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1137
mod_vvisit_counterDünən1386
mod_vvisit_counterBu həftə11786
mod_vvisit_counterBu ay44118
mod_vvisit_counterÜmumi2511383

Tarix: 27 Apr., 2024

“Oxunması zəruri olan kitablar”a dair viktorinalara start verilmişdir

Ümumtəhsil məktəblərində şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında rolu nəzərə alınaraq muxtar respublikada kitab mütaliəsi diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verən, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edən oxunması zəruri olan kitabların siyahısının təsdiq edilməsi bu işin bariz nümunəsidir.

Sərəncamın icrasının təmin olunması, yaradılan şəraitdən səmərəli istifadə edilməsi, eləcə də mütaliənin milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna rolunu nəzərə alaraq, Təhsil Nazirliyi tərəfindən şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Belə tədbirlərdən biri də Təhsil Nazirliyinin təşkilatçılığı ilə noyabr ayında start verilən “Oxunması zəruri olan kitablar”a dair viktorinalardır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti, Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanı və Qurban Səidin "Əli və Nino" romanına həsr edilmiş viktorinaların ay ərzində şəhər və rayon mərhələləri keçirildikdən sonra noyabrın 26-da viktorinanın final mərhələsi həyata keçirilmişdir.


Viktorinada Şəhər və Rayon Təhsil şöbələri və Təhsil Nazirliyinə birbaşa tabe məktəblər üzrə 12 komanda iştirak etmişdir ki, hər komandanın tərkibi ümumtəhsil məktəblərinin 4 nəfər IX-XI sinif şagirdlərindən ibarət olmuşdur.

Püşkatma yolu ilə hər birində 4 komandanın iştirak etdiyi 3 tur keçirilmişdir. Turun hər raundunda komandalardan bir şagird iştirak etmiş və onlara hər biri 100 bal dəyərində olan beş sual ünvanlanmışdır. Hər sualın cavablandırılması üçün iştirakçılara bir dəqiqə vaxt verilmişdir.

Turların qalibləri final turunda qarşılaşıblar. Final turunun nəticələrinə uyğun olaraq Naxçıvan Qarnizonu tam orta məktəbinin komandası I, Kəngərli rayonunun komandası II, Heydər Əliyev adına tam orta məktəbin komandası isə III yerə layiq görülüblər. Qaliblər qiymətli hədiyyə və diplomlarla mükafatlandırılıblar.

Qeyd etmək lazımdır ki, noyabr ayında start verilmiş viktorinalar tədris ilinin sonuna qədər, hər ayın sonuncu həftəsində digər “Oxunması zəruri olan kitablar” üzrə davam etdiriləcəkdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg