• 1 6.jpg
  • 1.jpg
  • 3 li mekteb.jpg
  • 003.jpg
  • 5 nom9.jpg
  • 005.jpg
  • 20.jpg
  • 22.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün877
mod_vvisit_counterDünən1423
mod_vvisit_counterBu həftə2300
mod_vvisit_counterBu ay11879
mod_vvisit_counterÜmumi1304387

Tarix: 09 Avq., 2022

Naxçıvan Qarnizonu tam orta məktəbində İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar “Nəsimi-650” adlı tədbir keçirilmişdir

Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından biri də İmadəddin Nəsimidir. Onun təfəkkürü Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir.

Mütəfəkkir şairin dərin poetik fikirləri fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilərək qədim köklərə və çoxəsrlik ənənələrə malik olan Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyət azadlığını tərənnüm etmişdir.

Onun anadilli şeiri poeziyamızın humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində müstəsna xidmətləri olmuşdur. 2019-cu il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkəmizdə “Nəsimi ili” elan olunmuşdur. Məhz bu səbəbdən 15 noyabr 2019-cu il tarixində Naxçıvan Qarnizonu Tam orta məktəbində “Nəsimi-650” adı altında tədbir keçirilmişdir. İlk olaraq giriş sözü ilə çıxış edən məktəbin direktoru Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov qeyd etmişdir ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Daha sonra Nəsiminin həyat və yaradıcılığı haqqında maraqlı videoçarx nümayiş etdirilmişdir.

Tədbirdə məktəbin şagirdlərinin ifasında İmadəddin Nəsiminin çox sevilən qəzəlləri dinlənilmişdir. Həmçinin məktəbin istedadlı şagirdləri “Nəsimi” filmi əsasında hazırladıqları “Nəsimi Şirvanşah İbrahim xanın hüzurunda” və “Nəsimi edama aparılarkən” adlı səhnələri nümayiş etdirmişlər. Şagirdlərin bu səhnədə söylədikləri “Ağrımaz” qəzəli tamaşaçılar tərəfindən bəyənilərək alqışlanmışdır. Nəsimi qəzəlləri daim muğam ifaçılarının diqqət mərkəzində olmuşdur. Şairin qəzəlləri muğam dünyamızın ayrılmaz hissəsidir.

Tədbirin mövzusuna uyğun olaraq xanəndələrin ifa etdikləri muğamlar tədbirin milliliyinə və ahəngdarlığına rəng qatmışdır. Şagirdlərin tərtib etdikləri suallar əsasında zalda əyləşən qonaqlara Nəsimi haqqında maraqlı suallar ünvanlanmışdır. Sorğunun mahiyyəti bu böyük mütəfəkkirin həyatı və yaradıcılığı haqqında hər bir azərbaycanlını maarifləndirmək idi. Sualların cavabını tapan şəxslər hədiyyələrlə mükafatlandırılmışdır. Ardınca şairin bir-birindən dəyərli qəzəlləri şagirdlər tərəfindən səsləndirilmişdir.

Sonda məktəb direktoru Natiq Əhmədov belə bir maraqlı tədbirin təşkil olunduğu üçün tədbir təşkilatçılarına təşəkkürünü bildirmiş və tədbirin zalda əyləşən hər bir şəxsin yeni bir bilik əldə etməsində əhəmiyyətli rol oynadığını vurğulamışdır.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg