• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün604
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə9867
mod_vvisit_counterBu ay42199
mod_vvisit_counterÜmumi2509464

Tarix: 26 Apr., 2024

Muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Bayrağım kimliyimdir” mövzusunda şeir müsabiqəsi keçirilib

 

17 Noyabr-Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günüdür. Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən noyabrın 15-də muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Bayrağım kimliyimdir” mövzusunda şeir müsabiqəsi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən ilk dəfə Naxçıvan Muxtar Respublikasında 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı muxtar respublikanın Dövlət Bayrağı kimi rəsmən təsdiq edildi.

Ulu öndərimizə böyük ehtiramın və onun işıqlı yoluna sədaqətin növbəti nümunəsi kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 17-si qədim diyarda Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Türkçülüyü, müasirliyi və dini inancımızı təcəssüm etdirən bayrağımız bizə öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Bu gün hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Qədim diyarın sakinləri noyabrın 17-ni Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd etməklə bayrağımıza, dövlətimizə, dövlətçiliyimizə olan sonsuz sevgilərini və ulu öndərimizin yoluna sədaqətlərini ifadə edirlər.

Müsabiqənin əhəmiyyətindən danışaraq bildirilib ki, məqsəd məktəblilər arasında suverenliyimizin rəmzi olan dövlət bayrağı haqqında biliklərin aşılanması, şagirdlərdə vətənpərvərlik tərbiyəsini formalaşdırmaq, şagirdlərin yaradıcılıq potensialını inkişaf etdirmək və məktəblilərin asudə vaxtlarının səmərəli təşkilidir. Çıxış edən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev müsabiqənin əhəmiyyətindən danışaraq bu cür tədbirlərin keçirilməsinin şagirdlərin vətənpərvərlik ruhunda formalaşmasına müsbət təsirlərini qeyd etmişdir. Müsabiqənin birinci- şəhər (rayon) mərhələsi 13 noyabr 2019-cu il tarixdə keçirilmiş və qaliblər müəyyənləşdirilmişdir. İkinci- muxtar respublika mərhələsində şəhər (rayon) mərhələsinin I və II yerlərin qalibləri olan 26 şagird iştirak edərək mövzu üzrə şeirlər bədii qiraət etmişlər. Sonra münsiflər heyəti tərəfindən qiymətləndirmələr aparılmış, nəticələrə uyğun olaraq bir-I yer, iki-II yer, üç-III yer və üç-həvəsləndirici yer olmaqla, 9 qalib müəyyən edilmişdir. Sonda şeir müsabiqəsinin qalibləri, eyni zamanda 12 noyabr 2019-cu il tarixdə Konstitusiya Günü ilə bağlı “Mənim hüquqlarım” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg