• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün156
mod_vvisit_counterDünən417
mod_vvisit_counterBu həftə573
mod_vvisit_counterBu ay45768
mod_vvisit_counterÜmumi2513033

Tarix: 29 Apr., 2024

Tədris –köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

Dekabrın 25-dən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini, kitabxana müdiri, kitabxanaçı, uşaq birliyi təşkilatının rəhbəri, psixoloq, laborant və katibə-makinaçı vəzifələri üzrə qəbul müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb.
Bu gün Naxçıvan STEAM Təlim-Tədris Mərkəzində tədris–köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi ilk olaraq  katib-makinaçı vəzifələri  üçün keçirilib. Məlumat üçün bildirək ki, müsahibəyə çağırılan namizədlər  müvafiq sənədləri- diplom və ona əlavəni,  şəxsiyyət vəsiqəsini, şəhid ailəsinin üzvü isə vəsiqəsini müsahibə komissiyasına təqdim etməlidirlər.
Qeyd edək ki, fevralın 5 fevral 2024-cü ilə kimi davam edəcək müsahibədə namizədlərin vəzifə bilikləri, peşəkar kompetensiyaları, psixoloji hazırlığı və dünyagörüşü müvafiq meyarlar əsasında 5 ballıq şkala ilə müvafiq komissiya tərəfindən yoxlanılır.. Namizədlər meyarlar üzrə ortalama 2,5 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılır. Müsahibə mərhələsinin nəticəsinə əsasən keçid balını toplamış bir neçə namizəd olduqda ən yüksək nəticə göstərmiş namizəd müvafiq vəzifəyə təyin olunacaq.
Müsahibə mərhələsində şəhid ailəsinin üzvü vəsiqəni təqdim etdiyi halda topladıqları bala ümumi müsahibə balının 10 faizi (0,5 bal) əlavə olunur.
Müsahibədə ali və orta ixtisas təhsilli namizəd tərəfindən eyni bal toplanıldıqda, ali təhsilli namizədə, keçid balını toplamış namizədlərin hamısı ali təhsilli və ya orta ixtisas təhsilli olduqda stajı daha çox olan, staj eyni olduqda isə diplom göstəriciləri daha yaxşı olan namizədə üstünlük verilir.
Qeyd edək ki, müsabiqə nəticəsində ehtiyat kadrlar siyahısının tərtib edilməsi nəzərdə tutulmur. Müsabiqənin nəticələrinə görə hər bir vəzifə üzrə boş qalan yerlər üçün  ehtiyac olduğu halda müddətli müqavilə ilə əlavə yerləşdirmə keçiriləcək. Bu zaman müsahibədə toplanılan bal ardıcıllığı nəzərə alınacaq. Əlavə yerləşdirmədə namizəd yalnız müsabiqədə iştirak etdiyi müəssisənin tabe olduğu yerli təhsili idarəetmə orqanı üzrə vakant olan yerlərə təyin oluna biləcəklər.
Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra apellyasiya komissiyası tərəfindən 1 (bir) həftə ərzində baxılacaq.

Tədris –köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinin qrafiki


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg