• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1080
mod_vvisit_counterDünən417
mod_vvisit_counterBu həftə1080
mod_vvisit_counterBu ay46692
mod_vvisit_counterÜmumi2513957

Tarix: 29 Apr., 2024

“Vətən Əmanəti” mövzusunda tədbir keçirilib

Noyabrın 7-də Naxçıvan şəhər Gənclik Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə  8 noyabr - Zəfər gününə həsr olunmuş “Vətən Əmanəti” adlı tədbir keçirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən Zəfərdən danışıb, bu tarixi günləri unudulmaz edənlərə – Ali Baş Komandanımızın iradəsini gerçəkləşdirən, qəhrəmanlıq salnaməsini yazan güclü Ordumuza, şəhidlərimizə, igid qazilərimizə borclu olduğumuzu bildirib. “Şəhidlərimiz başımızın tacıdır” deyən Samir Seyidəhmədli qeyd edib ki, onları daim ehtiramla yad etməli, qazilərimizin cəmiyyətə inteqrasiyası və sağlamlığının bərpasına dəstək olmalıyıq. Qeyd edilib ki, Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 illik dövr strateji hədəflərə nail olunması baxımından çoxəsrlik milli dövlətçiliyimizin ən parlaq səhifəsi olub. Dövlət başçısının “güclü iqtisadiyyat - güclü dövlət” formulu geniş ixrac infrastrukturu ölkəni ən mühüm tranzit mərkəzinə çevirib. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər məhz Prezident cənab İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində əldə edilmiş uğruların məntiqi nəticəsidir.
Vurğulanıb ki, Prezident cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirməklə illərdir, torpaq həsrəti çəkən vətəndaşlarımızın öz doğma yurdlarına qayıtmağına vəsilə olub. Ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş Böyük Qayıdışa dair Dövlət Proqramı bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov, Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev, Şərur  rayon Kürkənd  tam orta məktəbinin  hərbi rəhbəri, baş leytenant, II Qarabağ Müharibəsinin qazisi Əli Əlisoy çıxışlarında şanlı Zəfər tarixinin xalqımızın iftixar və qürur mənbəyi olduğunu qeyd edərək bildiriblər  ki, Azərbaycan xalqı öz lideri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin  ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib. Ölkə başçısı tərəfindən Şuşanın azad edilməsi xəbərinin Şəhidlər Xiyabanından verilməsi bir daha onların ruhuna olan hörmət və ehtiramın göstəricisidir. Qeyrətli Vətən oğullarının qəhrəmanlıq yolu gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.
Çıxış edənlər Zəfər günü münasibətilə təbriklərini çatdırıb, şəhdilərimizə rəhmət, qazilərimizə can sağlığı arzu ediblər.
Sonra tədbir bədii hissə ilə davam edib. Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvünün ifası, Naxçıvan şəhər körpələr evi-uşaq bağçasının balaca fidanlarının çıxışı, Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupunun yallı kompozisiyası tədbiri rəngarəng edib.
Tədbirdə Zəfər günü ilə bağlı videoçarxlar nümayiş olunub.
Sonda  şəhid övladlarına hədiyyələr təqdim edilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg