• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün180
mod_vvisit_counterDünən417
mod_vvisit_counterBu həftə597
mod_vvisit_counterBu ay45792
mod_vvisit_counterÜmumi2513057

Tarix: 29 Apr., 2024

Naxçıvanda ilk dəfə olaraq 66 müəllim müddətli müqavilə əsasında işlə təmin olunub

Bu gün dövlətimiz tərəfindən  muxtar respublikada  təhsil sahəsində həyata keçirilən məqsədyönlü  tədbirlərdən biridə ümumtəhsil məktəblərinin ixtisaslı kadrlarla təminatının yaxşılaşdırılmasıdır. 2018-ci ildən bu günədək Müəllimlərin İşə Qəbul müsabiqəsində yüksək nəticə göstərən gənclərdən 1027-si  müəllim, 258-i isə müxtəlif vəzifələrə olmaqla, ümumilikdə 1285 gənc kadr işlə təmin olunmuşdur.
2023-2024-cü tədris ili üçün də  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Müəllimlərin İşə Qəbulu üzrə müsabiqəyə müxtəlif ixtisaslar üzrə 200 vakant yer çıxarılmış, elan olunan  vakansiyaya 1352-i kadr  qeydiyyatdan keçmişdir. 3-14 iyul tarixlərində keçirilən Müəllimlərin  İşə Qəbul imtahanında 966 namizəd keçid balını toplamış, onlardan 136-sı ən yüksək nəticə göstərdiyindən sentyabrın 15-dən ümumtəhsil məktəblərində müəllim kimi fəaliyyətə başlamışdır. Bu tədbirlərin davamı olaraq sentyabrın 14-dən  ümumtəhsil müəssisələrində  vakant yerlərin kadr təminatını ödəmək üçün Müəllimlərin İşə Qəbulu imtahanında tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin  muxtar respublikada ilk dəfə olaraq  müddətli müqavilə əsasında işə qəbulu prosesi həyata keçirilib. Namizədlərə Azərbaycan, İngilis, Rus, Alman dili, İbtidai sinif, Riyaziyyat, İnformatika, Tarix, Fizika, Kimya, Biologiya, Coğrafiya, Təsviri  incəsənət, Musiqi, Fiziki tərbiyə müəllimliyi olmaqla   138 vakant iş yeri təklif olunub. Təklif olunan vakant yerlərdən 66-sı namizədlər tərəfindən seçilib. Onlar sentyabrın 18-dən başlayaraq ümumtəhsil məktəblərində işlə təmin olunub. Müəllimlərlə əmək müqaviləsi 18 sentyabr tarixindən bağlanılıb. 14 iyun 2024-cü il tarixdən isə müəllimlərin əmək müqaviləsinə xitam veriləcək. Qeyd edək ki,  həmin yerlər  2024-2025-ci tədris ilində keçiriləcək Müəllimlərin İşə Qəbulu imtahanında   vakansiyaya çıxarılacaq.
Muxtar respublikanın şəhər və rayon məktəbləri ilə yanaşı, ucqar dağ kəndlərində də yaradılan müasir təhsil infrastrukturunun nəticəsidir ki, işə qəbul edilən 66 müəllimdən  21-i stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu, 14-ü isə  şəhər və rayon mərkəzlərində yaşasalar da, ucqar kənd məktəblərində işləməyə üstünlük veriblər.
Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən  2023-2024-cü tədris ili üçün ümumilikdə 202 müəllim işlə təmin olunub ki, onlarında əksəriyyəti gənclərdir.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg