• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün13
mod_vvisit_counterDünən417
mod_vvisit_counterBu həftə430
mod_vvisit_counterBu ay45625
mod_vvisit_counterÜmumi2512890

Tarix: 29 Apr., 2024

Heydər Əliyev adına tam orta məktəbdə 15 sentyabr- Bilik Günü ili ilə bağlı tədbir keçirilib

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxışında “Heydər Əliyev ili” ndə yeni tədris ilinin Ümummilli Lider Heydər Əliyevin adını daşıyan məktəbin önündə qarşılamağın xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.  Ötən tədris ilinin muxtar respublika təhsili üçün uğurlu olduğunu qeyd edən İcra Hakimiyyətinin başçısı müəllim və şagirdlərə müvəffəqiyyətlər arzulayıb.
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icra edən Ovni Muradov bildirib ki, bu gün muxtar respublikada  Ulu Öndərin müəllifi olduğu təhsil strategiyası  prezident cənab İlham Əliyev tərəfindən  uğurla həyata keçirilir. Ölkə başçısının müvafiq Sərəncamı ilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”da digər sahələr kimin təhsilin bütün pillələrinin inkişafı üçün də prioritet istiqamətlər müəyyənləşdirilib. Dövlət Proqramının icrası muxtar respublikada təhsilin inkişafına öz töhfəsini verəcək. Bu gün muxtar respublikanın təhsil müəssisələrində yaradılan müasir tədris şəraiti, mütərəqqi təhsil metodlarının tətbiqi, müəllim əməyinə verilən yüksək qiymətin sayəsində tədrisin səviyyəsinin yüksəldiyini bildirən Ovni Muradov 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından bitirən məzunlardan 20-sinin “Qızıl”, 24-ünün  “Gümüş” nişana, 32-sinin  fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 88-inin fərqlənmə attestatına layiq görüldüyünü qeyd edib.
Vurğulanıb ki, 2023/2024-cü tədris ilində Naxçıvan Muxtar Respublikasında  orta məktəblərdə 52 mindən artıq şagird təhsil alacaq, 4240 uşaq birinci sinfə gedəcək, 2423 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. Bundan başqa, 3979 uşaq məktəbəqədər təhsil müəssisəsinə (uşaq bağçası) gedəcək. Yeni tədris ilinə hazırlıqla bağlı bütün zəruri tədbirlər həyata keçirilib, şagirdlərin hamısı dərsliklərlə təmin olunub.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri vəzifələrini müvəqqəti icra edən Gülxanım Orucova qeyd edib ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müəllimlərin rolu danılmazdır. Bu mənada, müəllim həm də  xalqımız, dövlətimiz üçün layiqli vətəndaş, Vətənə sadiq, hərtərəfli inkişaf etmiş şəxsiyyət hazırlayaraq parlaq gələcəyimizi formalaşdırır.
Çıxış edənlər Bilik günü münasibəti ilə müəllim və şagirdləri təbrik edərək yeni tədris ilində onlara uğurlar arzulayıblar.
Tədbirin sonunda “İlk Zəng” çalınıb və dərs başlanıb.
Qeyd edək ki, yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg