
Sentyabrın 13-dən isə muxtar respublikanın bütün ümumtəhsil məktəblərində şagirdlərə dərsliklərin, müəllimlər üçün isə metodiki vəsaitlərin paylanılmasəna başlanılıb. Bu addım tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcəkdir. Müəllimlərə veriləcək metodik vəsaitlər isə onların tədris prosesini planlaşdırmalarına və metodik hazırlıq səviyyələrini artırmalarına yaxından köməklik edəcəkdir. Bu tədris ilində ümumtəhsil məktəblərinin IV,VIII, XI siniflərində istifadə olunacaq üçün bütün dərsliklər və VI sinif “Təbiət” dərsliyi yeni nəşrlərdir. Qeyd edək ki, ümumtəhsil məktəblərində yeni dərsliklər şagirdlərə paylanmazdan əvvəl kitabxana qaydası üzrə işlənilərək fonda daxil edilib. Dərsliklərin saxlanılması və onlardan istifadə ilə əlaqədar məktəb kitabxanaçıları üçün seminarlar keçirilib, sinif rəhbərləri tərəfindən şagird və valideynlərlə söhbətlər aparılıb.
Vaxtında və pulsuz paylanan dərs vəsaitləri bu sahəyə olan dövlət qayğısının nəticəsidir. Məlumat üçün bildirək ki, bu gün muxtar respublikanın ümumtəhsil məktəblərinin kitabxanaları 3 milyona qədər dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyat və ayrı-ayrı fənlərin tədrisi üçün elektron tədris vəsaiti ilə təmin edilmişdir. Bu qayğı müqabilində məktəblilərin üzərinə düşən vəzifə biliklərə daha dərindən yiyələnmək və təqdim olunan vəsaitləri qoruyaraq onlardan düzgün istifadə etməkdir.